Bu gün:

Rosacea necə müalicə olunur?



Rosacea dəridə iltihablı səpgilər, sızanaq kimi qabarcıqlar və səthi damar genişlənmələri şəklində ortaya çıxan, daha çox üzdə və burun ətrafında müşahidə olunan bir xəstəlikdir. Ancaq bu, xəstəliyin yalnız üz ətrafında baş verdiyi anlamına gəlmir. Bu xəstəliyin bədənin digər nahiyələrində də görünmə ehtimalı var.

Damar genişlənməsi kimi görünənlərə eritematotelangiektatik rosacea, sızanaq kimi görünənlərə rosacea fulminas, qızartı və ödem şəklində görünənlərə isə ödemli rosacea deyilir. Bu xəstəlik hər yaşda olur.

Xəstəlik qadınların 10%-də müşahidə oluna bilər. Kişilərdə isə nisbət daha azdır. Ancaq kişilər qadınlara nisbətən rosaceadan daha çox əziyyət çəkirlər. İctimaiyyət tərəfindən sızanaq kimi ciddi qəbul edilməyən rosacea xəstəliyi sızanaq və digər iltihablı qabarcıqlardan daha ağrılıdır və ciddi qəbul edilmədikdə ağrının artması mümkündür.

Rosaceanın əlamətləri hansılardır?

Rosacea xəstəliyinin səbəbi və qəti tibbi müalicəsi hələ tapılmamışdır. Orqanizmimizin, xüsusən də burnun və ətrafının həddindən artıq həssaslığı səbəbindən özünü göstərir. Rosacea həddindən artıq isti və ya soyuq, günəş işığı, genetik faktorlar, alkoqollu və ya həddindən artıq kofeinli içkilər, həzm sistemindəki pozğunluqlar, sinirlər, iş və ya gündəlik həyatdan qaynaqlanan stressin birləşməsi səbəbindən baş verə bilər.

Simptomlar göründükdən sonra qızartıları aradan qaldırmaq üçün müxtəlif nəmləndirici və qoruyucu vasitələrdən istifadə olunur. Səpkilər bu xəstəliyin ilkin mərhələlərində olsa də, sonrakı mərhələlərdə qalıcı olmağa başlayır. Həssaslıq və yanma hissi öz təsirini artırmağa başlayır. Gün keçdikcə xəstəlik yayılır, burun və alın nahiyəsini iltihablı qabarcıqlar örtməyə başlayır. Bu qabarları saç köklərində də görmək olar. Burunda böyümə baş verə bilər və artan ağrı qaçınılmazdır.

Xəstəliyin yüngül gedişində dərinin quruması və qabıqlanması, ağır gedişində isə orqanizmdə xolesterin balansının pozulması və qaraciyərin pozulması baş verə bilər.


Mənbə:medicalpark 

Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et