2024-cü ilin fevralında İranın cənub-şərqində kəşf edilən kiçik daş şüşənin içərisində 4000 il əvvəl dodaq boyası kimi istifadə edilmiş qırmızı kosmetik məhsul olub.

Təhlil edilən nümunənin 80%-dən çoxu tünd qırmızı rəng əmələ gətirən minerallardan, ilk növbədə “hematitdən” ibarətdir. Qarışıqda, həmçinin tünd rəngli mineral izləri və tərəvəzlər, üzvü maddələrdən hazırlanmış mum da var
Hematitin istifadəsi son Neolit dövrünə aid daş kosmetik palitralarda və qədim Misir kosmetik qablarında sənədləşdirilib. Lakin bu son tapıntı elmi olaraq sənədləşdirilən və təhlil edilən ən qədim pomada nümunəsi ola bilər.
Bunu da qeyd edək:
Şüşə müasir pomada borusuna bənzəsə də, tədqiqatçılar, həmçinin bu "kosmetik məhsul"un yanaqlara rəng vermək üçün ənlik kimi və ya başqa məqsədlə istifadə olunduğunu da ehtimal edirlər.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
