Bu gün:

Konservləşdirilmiş qidalar sizi öldürə bilər


Konservləşdirilmiş qida zəhərlənməsinin əlamətləri hansılardır?
Botulinus zəhərlənməsi kimi də tanınan konservləşdirilmiş qida zəhərlənməsinə clostridium botulinum bakteriyası səbəb olur. Konservləşdirilmiş qidada olan bu toksin insanın sinir sisteminə hücum edir və sağlamlıq problemlərinə səbəb olur. Konservləşdirilmiş qida zəhərlənməsi ağır nəticələrə səbəb olan zəhərlənmə növüdür.  Nəticəsi ölümcül ola biləcəyi üçün konservləşdirilmiş qida zəhərlənmələrində erkən diaqnoz və müalicə çox vacibdir. 

Clostridium botulinum bakteriyalarının səbəb olduğu konservləşdirilmiş qida zəhərlənməsi adətən evdə hazırlanmış balıq, ət və pendir kimi konservləşdirilmiş qidalarda özünü göstərə bilər. Bakteriyaların çoxalmasının səbəbi konservlərin uyğun vaxt və temperatur balansına uyğun bişirilmədən möhürlənməsidir. Clostridium botulinum bakteriyası ən azı 2-3 saat qaynadıqdan sonra məhv edilə bilər. Evdə hazırlanmış konservlərdə bakteriyaların böyük ölçüdə çoxaldığı görülsə də, hazır konservlərdə də bu problemlə qarşılaşmaq mümkündür. 

Konservləşdirilmiş qida zəhərlənməsinin simptomları qida qəbulundan sonra 18-36 saat ərzində özünü göstərməyə başlayır. Qida zəhərlənmələrində müxtəlif simptomlar meydana çıxır və beləliklə zəhərlənmə diaqnozu erkən müəyyən edilə bilər. Bu simptomlar konservləşdirilmiş qida zəhərlənməsinin əlamətləri arasında ola bilər:

Zəiflik
Başgicəllənmə
Görmə pozğunluğu, bulanıq görmə
Ağız quruluğu

Danışmaqda çətinlik
Udqunmaqda çətinlik
Nəfəs almaqda çətinlik
Boğuqluq

İshal
Qəbizlik
Aşağı qan təzyiqi
Şişmə

Zəhərlənmənin ilk əlamətlərində həkimə müraciət etmək çox vacibdir. Botulinum zəhərlənməsi ölümcül nəticələrə səbəb ola biləcəyi üçün evdə müalicə tətbiq edilməməlidir. Konservləşdirilmiş qida zəhərlənməsindən şübhələnən hər kəs ən yaxın tibb müəssisəsinə müraciət etməlidir. İlk simptomlar görünən kimi müalicəyə başlasanız, zəhər bədəndən tez bir zamanda çıxarıla bilər və pis nəticələri asanlıqla uzaqlaşdırmaq olar. Bu tip zəhərlənmələrdə müalicənin gecikməsi sağalma prosesini gecikdirə və hətta ölümcül nəticələrə gətirib çıxara bilər.

 

Tənəffüs sisteminə birbaşa təsir edən botulinum zəhərlənməsinin inkişaf etmiş hallarında intensiv terapiya tələb oluna bilər. Buna görə də botulinum zəhərlənməsində erkən diaqnoz və müalicə çox vacibdir. Konservləşdirilmiş qida zəhərlənməsi, diaqnostikası və müalicəsi mümkün qədər tez aparılmalıdır. Çünki digər qida zəhərlənmələrindən fərqli olaraq Clostridium botulinum bakteriyasının yaratdığı zəhər ölümlə nəticələnə bilər.

Botulinum zəhərlənməsi hallarında ilk olaraq insana tənəffüs dəstəyi tətbiq edilir və məqsəd həyatı üçün təhlükə yaradan risqi aradan qaldırmaqdır. Zəhərin təsirini itirməsi üçün xəstəyə antitoksin zərdabı verilir.  Antitoksin zərdabı sayəsində toksinlər zərərsizləşdirilir və funksiyasını itirir. Əgər iş inkişaf etməmişsə, bu prosedur xəstənin bədənindən zəhəri çıxarmaq üçün həyata keçirilə bilər. Zəhərlənmənin aradan qaldırılmasında erkən diaqnoz mühüm yer tutur.

Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et