
Saç tökülməsi həm kişilərin, həm də qadınların həyatlarının bir mərhələsində qarşılaşa biləcəyi bir problemdir. Qadınlarda saç tökülməsinin səbəbləri müxtəlifdir, lakin kişilərdə demək olar ki, saç tökülməsi genetik meyldən asılıdır.
Sağlam və yetkin insanda təxminən 150.000 tük var. Hər gün 80-120 tel saç tökülməsi normal sayılır. Kişilərdə saç tökülməsində üç əsas amil təsirli olur.
-- Genetik meyl
-- Kişi hormonu testosteron
-- Yaşlanma
Kişilərdə saç tökülməsinin 90 faizi genetik faktorlardan qaynaqlanır.
Kişi hormonu testosteron da saç follikullarında aktiv hormondur. Saçın kökündə başqa təsirlər yaradır. Bəzi kişilərdə saç köklərinin qabığında olan keratin testosterona daha həssasdır və bu kişilərdə tökülmə daha çox olur. Bu tezlik kişinin irsi xüsusiyyətləri ilə müəyyən edilir. Qısaca, cəmiyyətdə ümumi bir inanc olan kişi hormonları daha çox olan kişilərin saçlarının töküldüyü, lakin cinsi baxımdan daha güclü olduğu fikri doğru deyil. Saç tökülməsinin səbəbi testosteronun çoxluğu deyil, sadəcə onun olması və saç qabığının testesterona daha çox həssas olmasıdır.
Mənbə:hürriyet.com
Tərcümə etdi:Səmayə Qədirova
