Bu gün:

Ulduzlar Şrek filmi ilə geri dönəcək


Şrekin çoxdan gözlənilən qayıdışı təsdiqləndi, Mayk Mayers, Eddi Merfi və Kemeron Diaz sevimli Şrekin 16 ildir ərzində ilk filmi üçün geri dönməyə hazırlaşırlar.

Filmin süjet xətti hələ açıqlanmayıb, lakin Myers baş qəhrəmanı canlandıracaq, Diaz Şrekin həyat yoldaşı Şahzadə Fionanı səsləndirəcək və Murphy köməkçi Eşşək kimi qayıdacaq.

Xəbəri elan edən DreamWorks Animation X deyib: " Şrek 5 1 iyul 2026-cı ildə Mayk Myers, Eddi Merfi və Cameron Diaz ilə birlikdə kinoteatrlara gələcək."

Şrekin ilk filmi 2001-ci ildə buraxıldı və ən yaxşı cizgi filmi üçün ilk Oskar mükafatını qazandı. Bu, DreamWorks üçün böyük bir hit oldu və bütün dünyada kassada 487 milyon dollar qazandı.

“Shrek 2” 2004-cü ildə, “Shrek The Third” 2007-ci ildə, “Shrek Forever After” isə 2010-cu ildə kinoteatrlarda nümayiş olundu.

Mənbə: BBC 

Tərcümə etdi: Nəzri Süleymanova 

Paylaş
Şərh əlavə et