Bu gün:

İnsanlar niyə Allaha ehtiyac duyurlar?


İnsanlar niyə Allaha ehtiyac duyurlar?

İdrak mövzularına diqqət yetirən elm adamları, insanların doğulduğu zaman beyinlərində “Allahın otura biləcəyi boşluq” olduğunu iddia edirlər. Nəticədə uşaq böyüdükcə dini söhbətlər ağlabatan görünür və uşağa təsir edir.


 
Uşaq doğulduğu cəmiyyətin dini dəyərləri ilə böyüyür və beynində Allah üçün ayrılmış boşluq günü-gündən detallarla dolmağa başlayır. Sonra uşağa görünməz bir varlığın onları izlədiyi və həyatına müdaxilə edəcəyi, əxlaqi mühakimə edəcəyi deyildikdə, uşaq düşünmədən bu fikri qəbul edir. Eyni fikirlər hər şeyin bir səbəbi olduğunu və onları gözəgörünməz bir varlığın idarə etdiyini söylədikdə, uşağın dünyanı qavrayışı buna uyğun formalaşır.

Bunu beynin yuyulması ilə qarışdırmayın. “Koqnitiv əlavə məhsul nəzəriyyəsi” dini inancların müxtəlif səbəblərdən inkişaf etmiş idrak xüsusiyyətlərinin yan təsiri olduğunu bildirir. Yəni, ətrafımızda şahidi olduğumuz izah olunmayan, müəmmalı hadisələrin kimlərsə tərəfindən törədildiyinə inanmağa meylliyik. Məsələn, məqalənin əvvəlində qeyd olunan kollardan gələn xışıltı külək ola bilər, ya da sizi dişləməyə çalışan ilan ola bilər. Küləkdən qaçmağın bizə heç bir həyati zərəri yoxdur, amma ilandan qaçmasaq, şikar olacağıq. Buna görə də səbəbini bilmədiyimiz bir xışıltı eşidəndə ayıq oluruq və qaçmağa meyilli oluruq. Bizim əcdadlarımız da bunu edib, xışıltı eşidəndə əcdadlarımız “inanıb” ki, bunu kimsə yaradıb, qaçıb öz genlərini sonrakı nəsillərə ötürüb, xışıltının küləkdən qaynaqlandığına inananlar isə yox qaçanlar yemə çevrildi və genlərini sonrakı nəsillərə ötürə bilmədi.


Ağıl nəzəriyyəsi inkişaf etmişdir

Bundan əlavə, “ağıl nəzəriyyəsi” inkişaf etmişdir; Beləliklə, başqalarının şüurunda baş verənləri və onların niyyətlərini anlamaq qabiliyyətimiz yaxşılaşdı. Bu bacarıq qruplarda yaşamağı asanlaşdırırdı. Bununla belə, görünməz varlıqların zehnimizi oxuya bilməsi fikrini də özü ilə gətirdi. Din, əcdadlarımızda adi sayılan ekzistensial etibarsızlıq, qeyri-müəyyənlik, nəzarətin itirilməsi və bir gün öləcəyimizi bilmək problemlərinə cavab olaraq doğulub. Axı kiminsə sizi izlədiyinə və ölümün son olmadığına inanırsınızsa, bu sizə təsəlli verəcək.



Mənbə:cümhuriyyət
Tərcümə etdi:Uğur Hacıyev

Paylaş
Şərh əlavə et