Bu gün:

Çox düşünəndə niyə çox iş görmüş kimi yoruluruq?


Təəccüblü deyil ki, ağır əşyalar daşımaq, uzun müddət ayaq üstə işləmək və ya gərgin idman sizi yorur. Ancaq uzun müddət bir mövzunu öyrəndikdən və ya onun üzərində düşündükdən sonra özümüzü həm zehni, həm də fiziki cəhətdən çox yorğun və tükənmiş hiss edirik.

Bəs niyə ağır fiziki iş görmədiyimiz halda özümüzü çox iş görmüş kimi yorğun hiss edirik?

Parisdəki Pitie-Salpêtrière Universitetinin tədqiqatçıları tərəfindən aparılan bir araşdırma, maşınların niyə daim hesablamalar apara bildiyini, beyin isə bunu edə bilməyəcəyini və bunun səbəbinin nə olduğunu anlamağa çalışıb. Ehtimal olunur ki, səbəb beyində sinir fəaliyyəti nəticəsində yaranan və təkrar emala ehtiyacı olan zəhərli maddələrin yığılması ola bilər.

Bunu sübut etmək üçün tədqiqatçılar bir iş günü ərzində iki qrup insanın beyin kimyasını maqnit rezonans spektroskopiyasından (MRS) istifadə edərək izlədilər. Bu iki qrup insanlar çox düşünməli olanlar və nisbətən az düşünməli olanlardır.

Nəticədə, gərgin idrak işinə, yəni çox düşünməyə məruz qalan insanlarda konsentrasiyanın olmaması, unutqanlıq və yorğunluq kimi bir çox yorğunluq əlamətləri müşahidə olunurdu. Bundan əlavə, həddindən artıq düşünməyə məruz qalan insanlarda beynin prefrontal korteks kimi tanınan hissəsində potensial zəhərli əlavə məhsul olan qlutamatın səviyyəsinin yüksəldiyi göstərilmişdir.

Glutamat nədir?

Glutamat mərkəzi sinir sisteminin əsas həyəcanverici nörotransmitteri və ya hormonu kimi tanınır. Glutamat öyrənmə, yaddaş və qavrayış kimi bir çox koqnitiv funksiyada iştirak edir. Digər tədqiqatlar da göstərmişdir ki, beyində qlutamatın həddindən artıq yığılması narahatlıq, depressiya, epilepsiya, bipolyar pozğunluq, miqren, Huntington xəstəliyi, yaddaş itkisi, dağınıq skleroz, diqqət çatışmazlığı hiperaktivliyi pozuqluğu, autizm və digər xəstəliklər kimi psixi problemlərə səbəb ola bilər. Bu vəziyyətlər, bilişsel yorğunluğumuza görə niyə heç bir səy və ya gözləmə tələb edən az enerjili hərəkətlərə müraciət etdiyimizi izah edir.

Mənbə: bilimup
Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et