
Şamaniz şamanın trans kimi şüur vəziyyətinin köməyi ilə ruhlar aləmi ilə əlaqə qura biləcəyinə inandığı bir inanc sistemidir.
Ruhlar aləmi ilə bu əlaqənin əsas məqsədi ruhları və ya mənəvi enerjiləri fiziki aləmə yönəltmək və onlardan şəfa, fal və ya digər yardım almaqdır.
Şamanizm, hər bir din və ya inanc kimi, zaman və məkandan asılı olaraq müxtəlif mədəniyyətlərin təsirinə məruz qalmışdır. Buna görə də Şamanizmin vahid və müstəqil tərifinə sadiq qalmaq yanlış olardı; Lakin hər zaman istisnaların ola biləcəyini nəzərə alsaq, belə bir ümumiləşdirmə apara bilərik: Şamanizm, hadisənin mərkəzində olan ruhlar və təbəqələr (dünyalar) arasında şamanın vasitəçi rol oynadığı bir inanc sistemidir. Xüsusilə qədim dövrlərdə yaşamış insanların dünya və kainat qavrayışının bu rolda böyük əməyi var.
“Şaman” kimi təsnif edilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, ilahiyyatçılar, filosoflar və psixoloqlar da daxil olmaqla, müxtəlif elm sahələrinin alimlərinin diqqətini cəlb etmişdir. Bu mövzuda yüzlərlə kitab və elmi məqalələr hazırlanmışdır; O qədər ki, hətta sırf Şamanizm araşdırmalarına həsr olunmuş elmi jurnal da var.
Şamanizmin tarixi
Əvvəla, qeyd edək ki, elm adamları Şamanizmin mənşəyi haqqında hələ də yekdil fikrə gəlməyiblər. Şamanizm, xüsusilə Sibir dini fenomeni olan, lakin mərkəzi Şimali Asiya ilə məhdudlaşmayan sahiblik fenomeni ilə ayrılmaz şəkildə əlaqəli olan bir inancdır. Bu inancın mərkəzində bu yazıda ətraflı bəhs edəcəyimiz “Şaman” və ya “Kam” dayanır. Sahiblik və ya sahiblik fenomeni qısaca bildirir ki, dünyanın hər görünən və bəzən də görünməyən hər bir hissəsinin sahibi və ya qoruyucu ruhu vardır.
Şamanizmin aydın şəkildə ortaya çıxdığı dövr kimi Erkən Tunc dövrü göstərilir. Bunun əsasını odur ki, yazılı mənbələr olmadığından Sibir qayaüstü rəsmlərində şamanların ilk real təsvirləri məhz bu dövrdə meydana çıxıb.
Şaman və ya Kam kimdir?
Şaman Şamanizmə mənsub tayfalarda ruhlar və insanlar arasında vasitəçilik rolunu oynayan bir növ din xadimidir. Vasitəçilik şüurlu ekstaz (trans) vəziyyətində baş verir. Bu trans (ekstazi, cazibə) texnikası şamanların ətrafdakılara etibarını təmin edir və beləliklə, tamaşaçılarda şamanın müxtəlif dünyalar arasında səyahətini hiss etdirir.
Bəzi tədqiqatçılar trans və ekstaz arasında fərq qoyurlar. Müvafiq olaraq, "trans" sözü coşqun hərəkətlər və ya həddindən artıqlıq üçün istifadə olunur, "ekstaz" isə durğunluq, uyuşma və ya huşunu itirmə vəziyyəti ilə əlaqələndirilir. Bu tərifə görə, trans və ekstazi müxtəlif dünyalara açılmağı ifadə edən müxtəlif üslublar arasında biri aktiv, digəri isə passiv olan iki üslubdur. Bununla belə, bəzi icmalar bu iki sözü bir-birini əvəz edir. Bu onu göstərir ki, hər iki sözü bir-birindən qalın xətlərlə ayırmaq olmaz.
Mənbə: hürriyet.com
Tərcümə etdi: Aytac Musayeva
