
Qurudulmuş meyvələrin tərkibi demək olar ki, susuz olur. Bu da onların tərkibində şəkərin miqdarı daha yüksək olduğunu deməyə əsas verir.
Meyvə və tərəvəzlər düzgün qurudularsa, onların tərkibində daha çox vitamin və minerallar toplana bilər. Bir çox quru meyvələrdə şəkərin miqdarı 50% artır və bu artım məhsulun tərkibindəki karbohidratların miqdarına da təsir edir.
Normal olaraq istifadə edilən quru meyvələr yüksək lif tərkibinə malik olduğuna görə bağırsaqlar üçün faydalı ola bilər, lakin həddindən artıq istifadə edildikdə qarında şişkinlik yaradır. Qurudulmuş meyvələrin yağlılıq tərkibi də bir qədər artdığından şokolad əvəzi çox qəlyanaltı kimi istifadəsinə oluna bilər.
Qurudulmuş meyvələrin az sulu olması böyük problem deyil, bunu gündə əlavə bir stəkan su içməklə kompensasiya etmək olar.
Məlumdur ki, qurudulmuş meyvələr pəhrizdə olanlar üçün o qədər də yaxşı seçim deyil, lakin sağlamlıq üçün faydalıdır.
Qurudulmuş meyvələr alarkən, tərkibindəki kükürdün az olmasına diqqət edin. Kükürd bir çox sənaye qurutma proseslərində istifadə olunur.
Mənbə: ekotec.com
Tərcümə etdi: Səmayə Qədirova
