Bu gün:

Saç boyalarının ziyanı


Depressiyaya düşən, stresdən çıxmaq istəyən qadın, ilk növbədə, öz saçlarına əl gəzdirir. Qadın üçün saç dəyişimi dedikdə isə ilk növbədə saçların boyanması nəzərdə tutulur.

Doğru saç boyası seçimi görünüşü tamamilə dəyişdirərkən, səhv seçilmiş rəngdən xilas olmaq uzun müddət ala bilər. Bu müddətdə isə saçlarınız tamamilə məhv olmaq təhlükəsində olur. Mütəxəssislərin fikrincə, boyaların saça verdiyi zərər boya tipinə görə dəyişir. Qalıcı, yarı qalıcı və keçici boyaların saç üzərində fərqli təsirləri var. Qalıcı saç boyaları uzun müddət saçda qalır və saçın rəngi ancaq altdan orijinal rəngdə saç telləri çıxdığında dəyişməyə başlayır. Qalıcı saç boyaları 15-20 yumaya qədər qalsa da, yarım qalıcı boyalar 5-10 yumada gedir.

Saçlara ən çox zərər verən, saç telini köhnəldən boyalar qalıcı boyalardır. Qalıcı boyaların tərkibində olan turşular saç telinə işləyərək istənilən rəngi almasını təmin edir. Keçici saç boyaları isə saç telinə yapışan boya parçacıqlarından ibarətdir və saç telinə nüfuz etmir. Bir çox saç boyalarının tərkibində rəng piqmentlərini dəyişdirmək üçün hidrogen peroksit olur.

Saçlar tez-tez boyandığı halda quruyur, sərtləşir və tökülməyə başlayır. Nizamlı olaraq saç boyaları isə irəliləyən yaşlarda saçları seyrəkləşir: Saçlarınızın boyanın təsirindən nə qədər köhnəldiyini test etmək üçün bir saç telinizi ləyəndə olan suya atın. Əgər saçınız batmırsa, deməli, sağlamdır. Yaş keçdikcə, saçların tərkibi də boyaların təsirindən dəyişir. Belə ki, yaşlandıqca saçların yumşaqlığını təmin edən sebum istehsalı azalır və saçlar daha kövrək olur. 

Bəziləri saçlarına parlaqlıq vermək, bəziləri fərqli bir rəng, çoxu isə ağ saçları gizləmək üçün saçlarını tez-tez rəngləyir. Boyanın incə telli saçları qalınlaşdırdığı deyilsə də, tərkibində kimyəvi maddələr olan saç boyaları saça çox zərər verir. Kosmetoloq keçici boyalardan istifadə etməyi məsləhət görür. O bildirir ki, saçlar ildə 2 dəfədən artıq boyanmamalıdır. 

Xanımlar istifadə etdikləri məhsullarının, boyaların, krem və ətirlərin içində nə olduğuna baxmağı belə ağıllarından keçirmirlər: Halbuki, dərimiz də üzərində olan maddələri qan dövranına köçürmə qabiliyyətinə sahibdir. Bu səbəbdən saç boyası alarkən etiketində yazılmış "içindəkilər" bölümünə diqqət yetirmək lazımdır.

Saç boyaları lenfoma xərçəngi riskini artıra bilir: Saç boyaları 1980-cı ildən istifadə edilməyə başlanılıb. Boyalardan istifadə qadınlar arasında lemfoma xərçənginin artmasına da səbəb olub. Saç boyaları lemfoma xərçənginə tutulma riskini 40 faiz artırır. Saç boyalarından istifadədən sonra dəridə sulu qabıqlı yaralar yarana bilər. Saç boyaları dəridə, müxtəlif allergik xəstəliklərə və ekzemaya da səbəb ola bilər.

Mənbə: dove.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et