Bu gün:

Sirli şəhər - Petra


Qədim tarix İordaniya səhralarında itirilmiş daş-qaş, dünyanın ən sirli qədim şəhərlərindən biri olan Petra. 

Bu şəhərin girişində qala kimi yüksələn bir mühəndislik möcüzəsi var: “El Hazne”. Bu qədim dövrlərin qədim paytaxtıdır, köhnə əlyazmalarda yunanca "daş" mənasını verən Petra kimi qeyd olunur. Petra öz mənasına tam cavab verən bir şəhərdir. Nəbati xalqının şəhərlərindən biri olan, Cənubi İordaniyadan olan ərəb icması, yaşadıqları dövrdə çox geniş bir coğrafiyada yaşayan Petra, yuxarıdan aşağıya, gizli yolların arxasında, ortada qayalara oyularaq inşa edilib.

Gün işığında rəngləri dəyişən qayalı kanyonun, daş sözünə uyğundur. Petra Nəbati İmperiyası ilə birlikdə böyüdü və inkişaf etdi. İllər keçdikcə səltənət yarandığı gündən böyüyərək bölgədən keçən ticarət yollarına nəzarət etməyə başladı və eramızdan əvvəl 400-cü ildən eramızın 106-cı illərinə qədər burada möhtəşəm bir şəhər qururlar. Onlar qurduqları bu şəhəri səltənətin ticarət mərkəzinə çevirirlər. Ticarətlə getdikcə zənginləşən Petra, Qırmızı dənizdən Fars körfəzinə və hətta Qəzzadan Şama qədər ticarətdə mühüm kəsişmə nöqtəsi olur. Beləliklə, Ərəbistan, Misir, Suriya, Hindistan, Yunanıstan və Romanı birləşdirən bir yerə çevrildi. Bu arada onlar qərbdə romalılar və yunanlarla, şərqdə isə farslarla ticarətə başlayırlar. Belə ki, səltənət ticarətdən əldə etdikləri yüksək gəlirlə qumdaşı qayaların üzərində özlərinə çox möhtəşəm və əsrarəngiz bir şəhər salırlar.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et