Bu gün:

Qədim tarix


Pompey İtaliyanın Kampaniya bölgəsindəki əsas Roma şəhəri idi. Vezuvi dağı 18 saat ərzində külünü yerdən yüzlərlə metr yüksəkliyə səpərək şəhəri bütün tikililəri ilə birlikdə külə qərq edib.

Lakin əsl fəlakət səhəri gün baş verir. Vulkanın zirvəsi çökür və sürəti saatda 160 kilometrə çatan palçıq Pompeyi uçqun kimi bürüyür, yolundakı hər şeyi məhv edir. O dövrdə Pompeydə insanları boğan kül həm də insanların bədəni üçün qabıq rolunu oynayırdı. Təxminən 2000 insanın öldüyü Pompey 1748-ci ildə yenidən kəşf edilənə qədər o gündən sonra tamamilə tərk edilir. Mükəmməl qorunan bu şəhər XVIII əsrdə təsadüfən 9 metrlik kül qatının altında tapılır. Arxeoloqlar burada tapdıqlarından çox təsirləndikləri üçün onların qəliblərini yaratmaq üçün işə başlayırlar. Donmuş insanların öldüyü zaman mövqelərini düzəltmək üçün küllərin arasındakı boşluqlara gips tökürlər. Külü götürməzdən əvvəl skeletləri gipsə basdırırlar. Bu texnika sayəsində onlar Pompey əhalisinin ölərkən üz ifadələrini, saç düzümlərini və geyimlərini ortaya çıxara biliblər. İndiyə qədər təxminən 1150 insan cəsədinin tapıldığı Pompeyin üçdə biri hələ də qazılmağı gözləyir. XIV əsrin ortalarında Pompeylilərin bədənlərinə tətbiq edilən bu gips qəlibləmə üsulu onların yenidən işlənməsini və təmirini tələb edir. İndiyədək Pompeylilərin duruşlarını və qıvrılan ev itlərini əks etdirən cəmi 100 müxtəlif gips materialı hazırlanıb. Bir çox strukturlar, artefaktlar və skeletlər dağıntı təbəqəsi altında bütöv halda tapılıb. Bu gün UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan Pompeyi hər il orta hesabla 2,5 milyon turist ziyarət edir.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et