İran rəsmisi Reuters agentliyinə bildirib ki, İranın islahatçı siyasətçisi, vaxtilə səhiyyə naziri olmuş Məsud Pezeşkian İslam Respublikasında prezident seçkilərinin ikinci turuna rəhbərlik edir.

“Reuters”in məlumatına görə, Pezeşkian indiyə qədər hesablanmış səslərə görə Səid Cəlili xeyli qabayır.
İranın “Tasnim” xəbər agentliyi də bildirib ki, Pezeşkian İranın mənəvi liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi olan qatı namizəd Cəlili qabaqlayıb.
Ölkənin Seçki Bürosu yaxın bir neçə saat ərzində prezident seçkilərinin ikinci turunun nəticələrini açıqlayacaq.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
