İranda islahatçı Təbriz müavini və keçmiş səhiyyə naziri Məsud Pezeşkian 14-cü dövr prezident seçkilərinin ikinci turunda 53,7 faiz səs toplayaraq ölkənin 9-cu prezidenti olub. Pezekişyan seçki şüarlarında “Türkəm və bununla fəxr edirəm” ifadələrini işlədib.

Pezeşkiyan böyük qayğı ilə həyata keçirdiyi seçki şüarlarında "Evdə uşaqlarımla həmişə türkcə danışırdım, farsca deyil. Mən türkəm" ifadələrini işlədib.
Son seçki kampaniyasında islahatçı namizəd Pezeşkiyan cəmiyyətin geniş təbəqələrini təsir edən tədbirlər və siyasətlər təklif edib. O, təhsil, səhiyyə, iqtisadi ədalət kimi sahələrdə islahat vədləri ilə seçicilərin diqqətini cəlb etməyi bacarıb. Məsələn, təhsil sahəsində tələbələr üçün daha bərabər imkanların yaradılması, müəllimlərin maaşlarının artırılması nəzərdə tutulur. Səhiyyə sektorunda o daha əlçatan və keyfiyyətli səhiyyə xidmətləri göstərməyi hədəfləyir. İqtisadi ədalətə gəlincə, Pezeşkiyan aztəminatlı ailələrə vergi endirimləri etməyi planlaşdırır. Pezeşkiyan helikopter qəzasında həlak olan İbrahim Rəisi əvəz edəcək.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
