Dəniz ulduzları dənizdə yaşayan və çox diqqət çəkən canlılar sırasındadır. Dəniz ulduzları ilə bağlı çoxlu suallar var.
Dəniz ulduzlarının çoxaldılması ən maraqlı mövzulardan biri kimi tanınır. Dəniz ulduzlarını əslində regenerasiya yolu ilə çoxalan canlılar kimi təsvir etmək olar. Dəniz ulduzlarının müxtəlif növləri olduğunu və cinsi yolla çoxaldıqlarını söyləmək mümkündür.
Dəniz ulduzu dəniz onurğasızları arasında maraqlı bir növ kimi təsvir edilə bilər. Dəniz ulduzlarının əksəriyyətində həm erkək, həm də dişi fərdlər var. Bununla belə, bəzi dəniz ulduzları həyatlarının bir hissəsini dişi, bir hissəsini isə erkək kimi keçirə bilirlər.
Bəzi dəniz ulduzlarında dişi dəniz ulduzu böyüdükdən sonra ikiyə bölünərək iki erkək dəniz ulduzu əmələ gəlir. Belə çoxalma bölünmə yolu ilə çoxalma nümunəsi kimi ifadə edilə bilər. Bu erkək dəniz ulduzları böyüdükdə yenidən dişiyə çevrilirlər.
Regenerasiya yenilənmə kimi də tanınır. Dəniz ulduzundan qopan bir parçanın yenisi ilə əvəz edilməsi kimi ifadə edilə bilər. Üstəlik, çoxalma iki fərqli orqanizm meydana gətirmək üçün nüvədən bölünərək baş verir. Bütün bu misalları nəzərə alaraq, dəniz ulduzlarının bir çox növü olduğunu və bu növlərin müxtəlif yollarla çoxaldığını söyləmək olar.
Mənbə: milliyet.com.tr
Tərcümə etdi:Nuray Mürsəlova