Bu gün:

Dəniz duzunun 10 heyrətamiz faydası


Tərkibində 80-dən çox mineral ehtiva edən 'dəniz duzu' immunitet sistemini gücləndirməkdən dəriyə qulluq etməyə qədər bir çox sağlamlıq probleminin ən təbii həllidir.


1- Güclü immunitet sistemi.

Dəniz duzunda olan minerallar orqanizmin immun sistemini gücləndirir. Xüsusilə qrip və soyuqdəymə kimi xəstəliklərin artdığı qış aylarında dəniz duzunun istifadəsi orqanizmin qorunma mexanizmini dəstəkləyir.

2- Depressiyanın qarşısını alır.

Dəniz duzu xoşbəxtlik hormonları olan serotonin və melatonini ifraz etməyə kömək edərək depressiya və stressdən qorunmağa kömək edir. Təmizlənməmiş dəniz duzu sakitləşdirici təsir göstərir.

3- Sürətli qan dövranı.

Dəniz duzu maddələr mübadiləsini tənzimləyən təsirə malikdir. Bədənin hər yerində qan dövranını sürətləndirir.

4- Arıqlamağa kömək edir.

Qələvi qida olan dəniz duzu, yağ kimi bədənə zərərli olan maddələrin xaric edilməsində mədəyə dəstək olur. Həzm sistemini tənzimləyir və sürətləndirir.

5- Sümüklərin əriməsinin qarşısını alır.

Dəniz duzunda olan minerallar sümükləri bərpa etməyə kömək edir.

6- Təbii insulindir. 

Qan şəkərini tənzimləmə qabiliyyətinə malik dəniz duzu diabet xəstələri üçün ən yaxşı duz seçimidir. Qan şəkəri ilə bağlı problemi olanlar təbii insulin sayıla bilən dəniz duzunu qəbul edə bilərlər.

7- Saçları bərpa edir.

Müalicəvi təsiri olan dəniz duzu bir çox dəri problemlərinə qarşı təbii mübarizə vasitəsi kimi istifadə edilə bilər. Baş dərisini təravətləndirir və saç baxımında istifadə olunur.

8- Dərinin bərpası.

Bədən pilinqində istifadə edilən dəniz duzu dəri çatlarının qarşısını alır, eyni zamanda sellüliti aradan qaldıran xüsusiyyətlərə malikdir. Dəniz duzu hamam suyuna əlavə edilir. Dəriyə elastiklik verir və onu təravətləndirir. Dərini qoruyur, çünki antiseptik xüsusiyyətlərə malikdir. Dərini təmizləyir və yağ balansını tənzimləyir. Qara nöqtələri və sızanaqları təmizləyən təbii məhsuldur.

9- Astma riskinə qarşı effektivdir.

Dəniz duzu astma üçün faydalıdır, çünki iltihabın qarşısını alır. Həkimlər bəzən astma tutmaları üçün dəniz duzundan istifadə edirlər.

10- Krampları azaldır.

Digər qidalarla müqayisədə dəniz duzu əzələlər üçün faydalı olan kaliumla daha zəngindir.

Mənbə: hüriyyet.com

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et