Lavanda yağı Lavandula Angustifolia bitkisinin çiçəklərinin distillə edilməsi ilə hazırlanmış bitki yağıdır.

Lavanda yağı xüsusilə antiseptik və iltihab əleyhinə xüsusiyyətləri ilə seçilir. Bu baxımdan kiçik yanıqlar və həşərat dişləmələri kimi dəri problemlərinə yaxşı təsir göstərə bilər. Bundan əlavə, lavanda yağının rahatlaşdırıcı təsiri stress və narahatlığı azaltmaqla yuxu keyfiyyətini yaxşılaşdırır. Analjezik (ağrı kəsici) xüsusiyyətləri sayəsində baş ağrılarını və əzələ ağrılarını aradan qaldırmaqda da təsirlidir.
Lavanda yağının faydaları arasında mikroblara qarşı dayanması, narahatlıq və stressi azalda bilməsi, yuxu keyfiyyətini yaxşılaşdırması, ağrıları aradan qaldırmağa kömək etməsi, hüceyrələrin zədələnməsinin qarşısının alınması, emosional tarazlığı dəstəkləməsi, dəri sağlamlığı üçün faydalı olması, tənəffüs problemlərini aradan qaldırması, enerjini artırması daxildir. Həmiçinin, immunitet sistemini dəstəkləyir, həzm problemlərinə və saçlara xeyirlidir.
Lavanda yağının xüsusiyyətləri
Lavanda yağının strukturunda müxtəlif fenolik birləşmələr və terpenlər var. Fenolik birləşmələr və terpenlər lavanda yağına antimikrobiyal, antifungal və antioksidant xüsusiyyətlər verir. Bu xüsusiyyətləri ilə lavanda yağı mikroorqanizmlərin böyüməsinin qarşısını ala və infeksiya ehtimalını azalda bilər. Lavanda yağının tərkibində olan linalool və linalil asetat kimi birləşmələr sinir sisteminə təsir edərək narahatlığı azaltmağa və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.
Reseptorlarını uyğunlaşdıraraq, əzələ spazmlarının təsirini azaldır və baş ağrılarını aradan qaldıra bilər. İltihab əleyhinə xüsusiyyətləri ilə dəri xəstəliklərinin və iltihab problemlərinin müalicəsində istifadə edilə bilər.
Lavanda yağının faydaları bunlardır:
• Mikroblara müqavimət göstərir
• İltihaba qarşı faydalıdır
• Yuxu keyfiyyətini yaxşılaşdırır
• Hüceyrə zədələnməsinin qarşısını ala bilir
• Anksiyete və stressi azaldır
• Dəri sağlamlığı üçün faydalıdır
• Tənəffüs problemlərini aradan qaldırır
• Enerjinizi artırır
• İmmunitet sistemini dəstəkləyir
• Həzm problemləri üçün faydalıdır
• Ağrıları aradan qaldırmağa kömək edir
• Emosional balansı dəstəkləyir
• Başgicəllənmə və bulantıları azaldır.
Mənbə: acıbadem.com
Tərcümə etdi: Nuray Mürsəlova
