Bu gün:

Fovizm cərəyanı


"İncəsənətin inciləri" rubrikası Fovizm cərəyanı haqda qısa icmalı təqdim edir.


Fovizm 20-ci əsrin əvvəllərində Fransada yaranmış bir incəsənət cərəyanıdır. Bu cərəyan parlaq və təbii olmayan rənglərin istifadəsi ilə seçilir və rəngin emosional təsirinə xüsusi əhəmiyyət verir. Fovizm 1904-1908-ci illər arasında ən aktiv dövrünü yaşamışdır.


Fovizmin qurucuları arasında Henri Matisse, André Derain və Maurice de Vlaminck kimi sənətkarlar var. Onların əsərləri ilk dəfə 1905-ci ildə Parisdə Salon d'Automne sərgisində nümayiş etdirildi. Tənqidçi Louis Vauxcelles bu əsərləri "fov" (yəni "vəhşi heyvanlar") olaraq adlandırdı və bu termin daha sonra cərəyanın adı kimi qəbul edildi.

Fovistlər parlaq, doymuş və bir-birinə uyğun olmayan rəngləri seçərək, rənglərin emosional təsirini vurğulayırdılar. Formlar sadələşdirilmiş və qalın xətlərlə təsvir edilmişdir. Obyektlər gördükləri kimi deyil, hiss etdikləri kimi təsvir edilirdi, bu isə əsərlərin daha emosional və ifadəli olmasına imkan verirdi. Fovizmdə rənglər, obyektləri təsvir etməkdən çox, sənətkarın duyğularını və ruh halını ifadə etmək üçün istifadə olunurdu.

Fovizmin ən məşhur siması Henri Matisse-dir. Onun "La Danse" və "Woman with a Hat" əsərləri bu cərəyanın ən yaxşı nümunələrindəndir. 

André Derain "Charing Cross Bridge, London" və "The Turning Road, L'Estaque" əsərləri ilə tanınır. Derain, parlaq rəngləri və qalın xətləri ilə fovizmin əsas prinsiplərinə sadiq qalmışdır. Maurice de Vlaminck isə kənd və şəhər mənzərələrini təsvir edən əsərləri ilə tanınır. "The River Seine at Chatou" əsəri bu cərəyanın tipik xüsusiyyətlərini özündə cəmləşdirir.

Fovizm qısa müddət davam etməsinə baxmayaraq, incəsənət dünyasında dərin bir iz buraxdı. Fovistlərin rəng və forma üzərindəki yenilikçi yanaşmaları, daha sonra yaranan ekspressionizm və abstrakt sənət cərəyanlarına təsir göstərdi. Fovizmin rəngə və formaya verdiyi azadlıq, sənətkarların özünü ifadə etmə vasitələrini genişləndirdi və incəsənət tarixində yeni bir dövrün başlanğıcını qoydu. Fovizmin təsiri günümüzdə də müxtəlif sənət formalarında müşahidə oluna bilər.

Hazırladı: Gülay Qəribova

Mənbə: https://www.barandergisi.net/fovizm-nedir-onculeri-kimlerdir/amp

https://www.istanbulsanatevi.com/resim-ekolleri/fovizm-akimi-nedir-fovizm-sanatcilari/

Paylaş
Şərh əlavə et