Bu gün:

Əllərdə əsmə nə zaman baş verir?


Əsas tremor adətən yaşlılarda müşahidə olunan xəstəlikdir. Bu pozğunluq adətən əllərdə, başda və səs tellərində titrəməyə səbəb olur. Əlləri istifadə edərkən titrəmələr xüsusilə nəzərə çarpır, stress faktoru vəziyyəti daha da çətinləşdirir.

Esansial tremorun dəqiq səbəbi bilinməsə də, burda genetik faktorların rol oynadığı düşünülür. Əllərin titrəməsi səbəb olan başqa bir xəstəlik isə parkinsondur. Bu mərkəzi sinir sistemini təsir edən və hərəkət pozğunluqlarına səbəb olan xroniki bir xəstəlikdir. Bu xəstəliyin ən bariz əlamətlərindən biri istirahətdə müşahidə olunan titrəmələrdir.

Parkinson xəstələrinin əlləri adətən fəaliyyətsiz qaldıqda titrəyir və bu titrəmə hərəkətlə azalır. Dopamin istehsal edən beyin hüceyrələrinin itirilməsi nəticəsində yaranan parkinson xəstəliyi yavaş-yavaş irəliləyən bir xəstəlikdir və adətən yaşlı insanlarda müşahidə olunur.Dağınıq skleroz beyin və onurğa beynindəki sinir hüceyrələrinin qoruyucu qişasının zədələndiyi bir xəstəlikdir. Bu vəziyyət sinir siqnallarının ötürülməsində pozulmalara səbəb olur və əl titrəməsi kimi simptomlara səbəb olur. MS xəstələrində əl titrəməsi tez-tez hərəkətlə baş verir və bu titrəmə hərəkəti idarə etməyi çətinləşdirir.


Mənbə:medical park

Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et