Bu gün:

Yanıq necə yaranır?


Yanıqlar müxtəlif səbəblərdən yarana bilər. Ani diqqətin yayınması, qəzalar, iş qəzaları və ya çox günəşə məruz qalma yanıqların ən çox görülən səbəblərindəndir. Dərinlik və şiddət baxımından dəri səthinə nə qədər nüfuz etməsindən asılı olaraq birinci, ikinci və ya üçüncü dərəcə olaraq təsnif edilir.

Bu yanıq dərəcələri insanın vəziyyətinin nə qədər ağır olduğunu göstərir. Birinci dərəcəli yanıqlar, ümumiyyətlə, yalnız dərinin ən xarici təbəqəsi olan epidermis təbəqəsinə təsir göstərir. Yanığın fiziki görünüşü qırmızı, quru və blistersizdir. Yanıq nahiyəsində yüngül ağrı hiss oluna bilər. Günəş yanığı, ümumiyyətlə, birinci dərəcəli yanıqlara misal ola bilər.Belə yanıq hallarında uzun müddətli toxuma zədələnməsi çox nadirdir. Dəri rəngində cüzi dəyişiklik müşahidə edilə bilər. 2 dərəcəli yanıqlarda dermis adlanan təbəqə ilə yanaşı dərinin ən xarici təbəqəsi olan epidermisə təsir edir. İkinci dərəcəli yanıqlarda yanığın fiziki görünüşü birinci dərəcəli yanıqlardan fərqlidir.Bu yanma halında dəri qırmızı və ya ağ rəngə malik olsa da, qabarcıq, xallı və şişkin fiziki görünüşü də ola bilər.Bu növ yanıqda insanların hiss etdiyi ağrının şiddəti orta dərəcədə xarakterizə edilə bilər.Bundan əlavə, üçüncü dərəcəli yanıqlarda epidermis və dermis təbəqələri məhv olur, yanıq dərinin piy qatına keçir, sümüklərdə, əzələlərdə və vətərlərdə qalıcı zədələnmələr baş verir.

Mənbə: Medical park

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et