
Tourette Sindromu uşaqlıq və yeniyetməlik dövründə başlayan və təkrarlanan qeyri-ixtiyari hərəkətlər və yaxud səs tikləri ilə xarakterizə olunan ümumi neyroinkişaf pozğunluğudur. Əhalinin 1%-ni əhatə edən tourette sindromu çoxsaylı motor və səs tikləri ilə xarakterizə olunan bir xəstəlikdir. Xəstəliyi olan insanlarda əqli gerilik yoxdur, onlar sadəcə qarşısıalınmaz tiklərə məhkumdurlar. Tiklər qəfil, sürətli, təkrarlanan, ritmik olmayan, stereotipləşmiş motor hərəkətləri və səslərdir. İlk dəfə olaraq fransız Dr. Georges Gilles de la Tourette-nin 1885-ci ildə 9 xəstə üzərində apardığı tədqiqatlar nəticəsində aydın şəkildə müəyyən edilmişdir.
Ümumi tiklərə göz qırpma, öskürmə, boğazı təmizləmək, iyləmək və üz hərəkətləri daxildir. Tourette Sindromu tik pozğunluqları spektrinin ən şiddətli sonundadır. Tiklər çox vaxt təsadüfi müşahidəçilər tərəfindən diqqətdən kənarda qalır. Bu, adətən diqqət çatışmazlığı, hiperaktivlik pozğunluğu və obsesif-kompulsif pozğunluq da daxil olmaqla psixiatrik komorbidlərlə əlaqələndirilir.
Tourette sindromunun diaqnozu üçün xüsusi bir test yoxdur. O, klinik təzahürlərin və simptomların növlərinin müxtəlifliyinə görə bir çox hiperkinetik pozğunluqları təqlid edə bilər, bəzən diaqnozu çətinləşdirir. Xəstəliyin dəqiq səbəbi bilinməsə də, bunun genetik və ətraf mühit faktorlarının birləşməsi olduğu düşünülür. Tourette Sindromu üçün birinci dərəcəli müalicə davranış terapiyasını əhatə edir.
Mənbə:evrim ağacı
Tərcümə etdi:Nuray Mürsəlova
