
Duş qəbul edərkən, tərləyəndə və ya ağlayanda ağrı hiss etməyinizə səbəb olacaq xəstəlik: Su allergiyası!
Son dərəcə nadir bir xəstəlik olan su allergiyası olan insanlar, H²O molekullarından çox, təbii olaraq suda olan ionlara qarşı allergikdirlər. Bu insanlar stresli iş günündən sonra üzməyə, vanna qəbul etməyə, hətta qısaca duşa belə gedə bilmirlər. Hətta tərləmə xəstələrin qaşınmasına səbəb olur.
Xəstəlik ilk dəfə 1964-cü ildə Shelley və Rawnsley tərəfindən aşkar edilmişdir. Allergiya su ilə təmasda olur. Suyun istənilən temperaturu buna səbəb ola bilər və hətta bədən suda olan flüor və xlor kimi kimyəvi maddələrlə reaksiya verə bilər.
Xəstəliyin mexanizmi hələ tam həllini tapmayıb, lakin ən çox qəbul edilən izahat dərinin ən xarici təbəqəsi olan "buynuz təbəqə" və ya dərinin içindəki yağlı təbəqə olan sebumdakı kimyəvi maddənin müəyyən şəkildə dəyişməsidir.
Czarnetzki və onun həmkarlarının araşdırmalarına görə, reaksiya nəticəsində əmələ gələn kimyəvi maddələr dəri tərəfindən sorulur, histamin istehsalını artırır və müdafiə hüceyrələrində (perifollikulyar mast hüceyrələri) pisləşməyə səbəb olur.
Xəstəlik adətən dəridə ləkələr və qabarcıqlarla özünü göstərir. Duş qəbul edərkən gözləriniz quruyur və ağrılı olur. Tədqiqatlar göstərir ki, suyun temperaturu nə qədər yüksək olarsa, reaksiya bir o qədər şiddətlidir. Su içərkən belə nəfəs darlığı və boğazda şişkinlik yarana bilər. Üstəlik, ağrı 100-120 dəqiqə davam edə bilər və əksər hallarda 30-60 dəqiqədən sonra keçir.
Hətta tərləmə, göz yaşı bədəndə reaksiyaya səbəb ola bilər.
Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova.
