Bu gün:

İndoneziya haqqında 11 maraqlı fakt




İndoneziya coğrafi baxımdan çox maraqlı ölkədir, çünki dünyanın ən böyük ada ölkəsidir. İndoneziya həm də özünəməxsus mədəniyyəti və həyat tərzi ilə seçilir. Tarixi mürəkkəb siyasi hadisələrlə dolu olsa da, İndoneziyanın təbiəti və zəngin mədəniyyəti bu ölkənin nə qədər unikal olduğunu vurğulayır.

1. İndoneziya minlərlə adadan ibarətdir!
İndoneziyanın minlərlə adadan ibarət olması onun coğrafi quruluşunun unikallığını vurğulayır. Ölkənin adaları Hind və Sakit Okeanların kəsişməsində yerləşdiyi halda, bu adaların sayı 17504-ə çatır. Bu adaların hər biri təbii gözəlliklərlə doludur və hər biri unikaldır. İndoneziya quru sahəsinə görə dünyanın ən böyük ada ölkəsidir və eyni zamanda 14-cü ən böyük ölkədir.

2. İndoneziya əhalisi!
İndoneziyanın gənc əhalisi ölkənin dinamizmini və canlılığını əks etdirir. Təxminən 270 milyonluq əhalinin yarıdan çoxu 30 yaşdan aşağıdır. İndoneziyanın gənc əhalisi var və bu gənclər ölkənin gələcəyini formalaşdırmağa yönəlib. İndoneziya; Çin, Hindistan və ABŞ-dan sonra dünyanın dördüncü ən çox əhalisi olan ölkəsidir. İndoneziya son 40 ildə əhalisini iki dəfə artırıb.

3. İndoneziyanın rəsmi dili!
Ölkədə rəsmi dil olan Bahasa İndoneziyasından əlavə 700-dən çox dil və ləhcədə danışılır. Xüsusilə Papua bölgəsində 270-dən çox dil və dialekt var. Bu dillər və dialektlər İndoneziya mədəniyyətinə töhfə verir və müxtəlif bölgələrdə dəyişir.

4. İndoneziya və nəsli kəsilməkdə olan heyvanlar!
İndoneziya nəsli kəsilməkdə olan bir çox heyvanın son sığınacağıdır. Ölkədə yaşayan heyvan və bitki növlərinin əksəriyyəti yox olmaq təhlükəsi ilə üz-üzədir. Sumatra pələngi, oranqutan və komodo əjdahası kimi endemik növlər İndoneziyanın biomüxtəlifliyinin bir hissəsi kimi sağ qalır.

5.İndoneziyanın coğrafi quruluşu!
İndoneziyanın coğrafi quruluşu zəlzələ və vulkan təhlükələri ilə doludur. Ölkədə fəaliyyət göstərən 130 vulkan və tez-tez baş verən zəlzələlər təbii fəlakətlərə qarşı davamlı hazırlıq tələb edir.

6. İndoneziyada baş ovlamaq!
İndoneziya tarixində baş ovlamaq kimi maraqlı bir təcrübə var. Toba gölündə yaşayan Batak tayfası keçmişdə baş ovla məşğul olub və bu ənənəni günümüzə qədər daşıyıb. Bu qəbilədən olan insanlar qədim xarabalıqları və mədəni irsi bu gün də ziyarət edilə bilən edir.

7. İndoneziya öz peyk sistemini inkişaf etdirmiş bir ölkədir!
Ölkə öz yerli peyk sistemini idarə edən ilk inkişaf etməkdə olan ölkədir. İndoneziyanın peyk rabitə sistemi dünyada bir ilkdir və ölkənin texnoloji cəhətdən də inkişaf etdiyini göstərir.

8. İndoneziyada ölüm hökmü!
İndoneziya hələ də güllələnmə ilə ölüm cəzasının primitiv formasını tətbiq edən ölkələrdən biridir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi, adam öldürmə kimi ağır cinayətlər bu cəza növü ilə cəzalandırılır.

9. Cakarta!
İndoneziyanın paytaxtı Cakarta İnstaqramda ən məşhur Asiya şəhərlərindən biridir. Şəhərin gözəl mənzərələri və həyat tərzi sosial mediada geniş diqqəti cəlb edir.

10.O qədər dini inanclar var ki!
İndoneziya dini inanca gəldikdə olduqca müxtəlifdir. Ölkə dünyanın ən böyük İslam əhalisinə malik olsa da, müxtəlif adalarda xristianlıq və hinduizm kimi dinlər də yayılmışdır. Bali Hindu inancının mərkəzi kimi seçilir.

11. Bali!
Bali İndoneziyanın ən məşhur adasıdır və digər adaların da mərkəzi hesab olunur. Turistlər üçün məşhur yer olan Bali həm də İndoneziyanın digər adalarını kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir.


Mənşə: Milligazete.com.tr.
Tərcümə edən: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et