Bu gün:

Papaya sizi daha gözəl edəcək



Papaya Caricaceae ailəsinə aid böyük bir bitkidir. Papaya adı həm bütün bitkiyə, həm də meyvəyə verilən addır. Mənşəyi olduqca aydın olmasa da, papayanın Meksika və Mərkəzi Amerikaya doğma iki və ya daha çox Karika növünün birləşməsindən yarandığı düşünülür. Tropik iqlimlərdə və subtropiklərin ən isti bölgələrində böyüyür. Şirinliyi meyvənin yetişməsindən asılıdır. Toxumların qara bibərə bənzər kəskin dadı var. Bəzi papaya növləri digərlərindən daha aydın olan xoş müşk qoxusuna malikdir. Papayanın forması böyük armuda bənzəyir. Xarici qabığı narıncı və yaşılın qarışığından ibarət olan meyvənin daxili hissəsi növünə və yetişməsinə görə sarıdan narıncıya çevrilir. Papayanın dadı qovun və balqabağa yaxındır. Şirin dadı və yumşaq toxuması ilə papaya məşhur tropik meyvələr arasında sayıla bilər. 

Papayalar bol yağış alan, lakin uzunmüddətli daşqınların minimal olduğu yerlərdə böyüyür. Çox yüksək temperatur papayanın böyüməsinə mənfi təsir göstərir. Papayanın sıx qida dəyəri var. Tərkibində iltihabı azaldan, xəstəliklərlə mübarizə aparan və cavan görünməyə kömək edən antioksidanlar var.  Orta ölçülü bir papayada gündəlik C vitamini ehtiyacınızın 200%-dən çoxu var. C vitamini orqanizmin xüsusilə xəstəliklərə qarşı müdafiə mexanizminin gücləndirilməsində mühüm rol oynayır. Papayanın tərkibində olan vitamin və minerallara folat, vitamin A, mis, maqnezium, kalium və pantotenik turşu daxildir. Papaya meyvəsinin faydaları sayəsində daha gözəl bir dəri əldə edə bilərsiniz.  Papayanın dəri üçün faydaları sayəsində ölü dəri hüceyrələri daha asan təmizlənir və dəri yenilənir.  Papaya ekstraktlı kremlər yaraların sağalmasını sürətləndirir.  Papaya fermentləri bəzi dəriyə qulluq məhsullarında aşındırıcı xüsusiyyətlərini artırmaq üçün istifadə olunur.  Papayanın tərkibindəki papain dərini daha hamar və parlaq edir.

Mənbə:medical park
Tərcümə etdi:Aynur Mikayılova

Paylaş
Şərh əlavə et