24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı, ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. O, uşaqların sosial inkişafı üçün valideynlərə öz tövsiyələrini verib.
Uşaqların sosial inkişafı üçün valideynlər nələr edə bilər?

Uşaqların sosial inkişafı üçün birinci növbədə, ailədə böyüyən uşaq, mütləq şəkildə qohumların yığışdığı məclisdə olmalıdır, yaxud özündən böyük uşaqlar olan yerlərə çox gedilməlidir. Uşaq mütləq bağçaya getməlidir, bu uşağın sosial inkişafını daha daha da yüksəltməyə təsir edir. Sosial inkişafı yüksək olan uşaqlar gələcəkdə özgüvənli, öz bacarıqlarının, resurslarının fərqində olan gənclər olurlar. Bağça mühiti ilk yad mühit olduğu üçün, uşağa tək qalmağı, valideyinsiz yemək yeməyi, öz ehtiyaclarını qarşılmağı öyrədir. Bu uşaqlar bağçaya getdikləri üçün artıq məktəbdə valideyinsiz qalmağın stressini yaşamırlar. İndiki uşaqların diqqət əskikliyi çoxdur və bu uşaqların çoxu sosial inkişafdan geri qalan uşaqlardır. Əgər hər bir valideyn uşağın sosial inkişafını artırsa, uşağın gələcəkdə özgüvənsizləyindən, eyni zamanda, depressiv vəziyyətə düşməsindən, əziyyət çəkməyəcək.
Leyla Bayandurlu
