Bu gün:

Gözlərimiz yorğunluq sindromu yaşayır!


Demək olar ki, bütün təhsil, iş həyatı və hobbi fəaliyyətləri onlayn platformalara keçib. Ekran qarşısında keçirdiyimiz vaxt gündəlik həyatımızın ən az 1/3 hissəsini təşkil etməyə başlayıb. Buna bağlı olaraq boyun ağrıları, əzələ və oynaq pozğunluqları və xüsusilə, görmə problemləri artmağa başlayıb. 

Bu sağlamlıq problemləri hətta ədəbiyyatda da öz əksini tapır. Bu təriflərdən biri “Rəqəmsal Göz Dartma Sindromu”dur.
Ekran şüasına məruz qalmağı bir müddət dayandırmaq bir çox insanda bu problemlərin aradan qaldırılmasına kömək edə bilər, lakin daimi ekran şüasına məruz qalma xüsusilə, göz quruluğu, allergiya və buna bənzər göz problemi olan insanlarda göz xəstəliyinin daha da pisləşməsinə səbəb olaraq həyat keyfiyyətini və göz sağlamlığını poza bilər.


 

Xəstələrin ən çox şikayət etdiyi problemlər arasında yorğunluq, qaşınma, qızartı, quruluq, yanma, göz yaşı; Bunlara bulanıq və ya ikiqat görmə, yavaş fokuslanma, rənglərin qavranılmasının pozulması və baş ağrısı daxildir.

Bəs bu vəziyyətə qarşı nə edə bilərik?
20-20-20 qaydasının tətbiqi: Bu qayda çox sadədir.
Ekranla 20 dəqiqə işlədikdən sonra 20 saniyə ərzində təqribən 6 metr (20 fut) uzağa baxaraq gözlərinizi dincələ bilərsiniz.
Qısa fasilələr: Məsələn, meyvə və su istehlak etmək üçün masadan qalxın. Beləliklə, həm bədən əzələləriniz, həm də göz əzələləriniz istirahət etmiş olacaq
Kompüterdən 40-45 santimetr məsafə saxlamaq: Fokuslanmağı asanlaşdıracaq. Bu, gözlərinizə və boynunuza daha az yük verir.
Şriftin ölçüsünü artırın və parlaqlığı tənzimləyin: Siz şrifti böyüdə və ekran parlaqlığını tənzimləyə bilərsiniz. Lazım gələrsə, rəng kontrastını da artıra bilərsiniz.


Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et