
Yay günündə salatın xüsusi yeri var. Pomidor, xiyar, bibər, hamısı üçün ən yaxşı vaxtdır. Soğanla qarışdırılan çoban salatı yay süfrələrinin baş tacıdır. Onun qonşu ölkələrdəki analoqları az qala milli xörəklərə bənzəyir. Sadəcə çoban salatıdır deyib, göz yummamalısınız.
Çoban salatının yeri başqadır. Kimisi limonla xoşlayır, kimisi sirkəyə yaraşdığını deyir. Kimisi onu soğanla hazırlayır, kimisi soğanı incə aypara doğrayır, hətta qırmızı soğan axtarır. Yabanı ot məsələsi də vacibdir. Cəfəri ən uyğundur. Bəs nə vaxtdan çoban salatı mətbəximizdə var? Bizim düşündüyümüz qədər köhnə deyil. Çünki xiyar və soğan qədimdən bu torpaqların doğma övladları olsa da, pomidor, yaşıl bibər süfrələrimizə xeyli gec gəlib. Amerikanın kəşfindən sonra Avropa qitəsinə gələn pomidor və yaşıl bibərin mətbəximizdə geniş yayılması üçün xeyli vaxt lazım oldu. Xüsusilə, ev mətbəxlərinə daxil olan pomidorların tarixi bir əsrdən çox geriyə getmir. Ona görə də əvvəlcədən çoban salatı etmək mümkün deyil. Ancaq yaşıl salat erkən Osmanlı dövründən bəri həmişə mövcuddur.
Mənbə:milliyet.com
Tərcümə etdi:Səmayə Qədirova
