Estetik qiymətləndirmə normativ estetik sistemdən istifadə etməklə obyektlərin sensor qiymətləndirilməsidir. Zövqün, sənətin və gözəlliyin təbiəti burda əsasdır. Fəlsəfi bir sahə kimi estetika çoxlu müxtəlif normativ sistemləri əhatə edir.

Zövqlər insandan insana fərqli olduğundan, müxtəlif zövqlər anlayışı sistemli səviyyədə estetikaya aiddir, burada müxtəlif filosoflar obyekti nəyin cəlbedici və ya hisslərə cəlb etdiyi barədə öz fikirlərini ifadə edirlər. Bu anlayışlar vəhşicəsinə dəyişə bildiyindən, obyektlərin zövqə əsaslanaraq qiymətləndirilməsi üçün ardıcıl olaraq qəbul edilmiş metrik yoxdur. Termin təbiətinə görə, estetik qiymətləndirmə ölçülərdən hər hansı birinin istifadəsini əhatə edə bilər və fərdin qəti nəticəyə gəlməsini tələb etmir. Daha doğrusu, görkəmli filosofun ifadə etdiyi estetik nəzəriyyə ilə müdafiə oluna bilən bir obyektin hisslər üçün nə qədər xoş olduğuna dair istənilən mühakimə estetik qiymətləndirmənin bir formasıdır. Estetika ideyası XVIII əsrdə yaranmışdır. Keyfiyyətləri qiymətləndirməkdən əlavə, estetika obyektləri növ adlanan qruplara təsnif etmək üçün də istifadə olunur.
Tərcümə etdi: Zəhra Niftiyeva
Mənbə: 411answers.com
