Bu gün:

Bəzi dinlərdə donuz ətinin qadağan edilməsinin səbəbi mifoloji hekayədir


Bəzi dinlərdə donuz ətinin qəbulunun qadağan edilməsi əsrlər əvvəl Şumer mifologiyasına söykənə bilər. Donuz əti dünyada ən çox qəbul edilən ət növlərindən biridir. Donuz əti qəbul etməyən insanlar bunu ümumiyyətlə dini tabulara görə edirlər. 

Yaxşı, bir çox ölkələrin vazkeçilməz yeməkləri arasında yer alan donuz ətinin əsrlər əvvəl Şumer mifologiyasındakı bir hekayəyə görə  İslam və Yəhudilik dinlərində qadağan oluna biləcəyini bilirdinizmi? Şumer mifologiyasında sevgi və məhsuldarlıq ilahəsi İnannanın arvadı Domuzi kimi də tanınan Tammuz  heyvanların tanrısıdır. Bu ad Anadoluda Attis adlanır. Eyni ad Suriyada Adon və yunan mifologiyasında Afrodita aşiqi Adonis kimi xatırlanır.

İnannanın əri Tammuzu (Domuzi) çöl donuzu öldürür. Bu hadisədən sonra donuz lənətlənmiş və əti haram olan heyvana çevrilir. Çünki mifologiyaya görə donuz artıq tanrı qatili tituluna malikdir.

Mesopotamiyada donuz nifrət edilən bir heyvan idi, çünki o, tanrı qatili hesab olunurdu. Tövratda Tammuz adının qeyd edilməsindən biz Şumer mədəniyyəti və inanclarının monoteist dinlərin kitablarına necə təsir etdiyini başa düşə bilərik. Tövratda “ Orada oturub Təmmuz üçün ağlayan qadınları gördüm” cümləsi bizə qadınların Şumer mifologiyasında donuz tərəfindən öldürülən Tammuz üçün ağladığını və yas tutduğunu söyləyir .

Yunan mifologiyasında Sevgi ilahəsi Afroditanın sevgilisi Adonis də Tammuz kimi donuz tərəfindən öldürülür. Daim müzakirə olunur ki, Afrodita artıq Şumer mifologiyasında İnannanın tərəf müqabilidir və buna görə də inanclar bir-birinə müxtəlif yollarla və adlarla təsir edir. Bunlardan başqa donuz ətinin haram olmasının başqa səbəbləri də var. Donuzların qadağan edilməsinin səbəbləri, digər xırda heyvanlar kimi köç edə bilməmələri, yay aylarında ətlərinin dayanıqlı olmaması, palçıqda vaxt keçirmələri, nəcis kimi şeylərdən istifadə etmələridir.

Bundan əlavə, alimlər az bişmiş donuz ətinin yeyilməsinin bu heyvanlardan keçə bilən trixinoz adlı infeksiyanı insan orqanizminə ötürə biləcəyini qeyd ediblər.

Mənbə: Webtekno

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et