Günəş allergiyası günəş işığına və ya digər ultrabənövşəyi (UV) şüalanma mənbələrinə məruz qalma nəticəsində dəridə qaşınma səpgilərinin yaranmasına səbəb olan bir dəri xəstəliyidir. Günəş allergiyasının ən çox yayılmış forması polimorf foto püskürmədir. Bu vəziyyət adətən dərinin həddindən artıq həssas olması nəticəsində yaranan bir reaksiya olaraq görülür. Bu vəziyyət adətən qırmızı, qaşınan səpgi kimi görünür. Çox vaxt əllərin arxasında, boynun V ön hissəsində, aşağı ayaqların və qolların xarici səthində baş verir.

Günəş allergiyasının növləri hansılardır?
Günəş allergiyasının növləri səpgilərin növü və səbəbindən asılı olaraq dəyişir.
Polimorf İşıq Püskürmə Allergiyası (PMLE): Günəşə qarşı allergiyanın ən çox yayılmış növlərindən biridir. PMLE günəşə məruz qaldıqdan sonra 1-2 saat ərzində qaşınma və ya yanan səpgi şəklində yaşanır.
Aktinik pruriqo (irsi PMLE): Daha tünd dərili Latın Amerikası və Doğma Amerika xalqlarında yaygındır. Bu tip allergiyanın simptomları irsi səbəblərə görə baş verir. Onun simptomları da PMLE-dən daha sıxdır.
Fotoallergik reaksiyalar: Dəriyə tətbiq olunan kimyəvi maddələr günəş işığı ilə qarşılıqlı əlaqədə olduqda baş verir.
Günəş ürtikeri: Dəri səpgilərinə, qaşınma qabarcıqlarına və bəzən şişməyə səbəb olur. Tez baş verən bu vəziyyət günəşə məruz qaldıqdan bir neçə dəqiqə sonra kovanlara səbəb ola bilər.
Günəş yanığı allergiyası: Uzun müddət günəş işığına məruz qaldıqdan sonra dəridə günəş yanığı nəticəsində yaranan həssaslıq nəticəsində yaşanır. Dəridə qabarcıqlar, yanma və qaşınmalara səbəb olur.
Günəş allergiyası necə baş verir?
Günəşə qarşı allergiyanın əsas səbəbləri dərinin quruluşu, genetik faktorlar və immun sisteminin reaksiyaları ilə bağlıdır. Günəşə qarşı allergiyanın mühüm amili, dərinin günəşə məruz qalması nəticəsində immunitet sisteminin həddindən artıq reaksiyasıdır. Bu proses zamanı immunitet sistemi ultrabənövşəyi şüaları təhlükə olaraq görür və bədəni qorumaq üçün şüalara məruz qalan ərazilərə iltihablı kimyəvi maddələri yönəldir. Nəticədə dərinin müdafiə mexanizmləri normadan artıq işləyir və ultrabənövşəyi şüalara məruz qalan nahiyə(lərdə) səpgi, qızartı və şişkinlik yaradır.
Günəşə qarşı allergiyanın simptomları aşağıdakılardır:
Ağrı
Sancma və ya yanma hissi
Qabıqlanma
Qaşınma
Qırmızılıq
Qızartı
Düyünlər, blisterlər və ya kovanlar
Sızma
Şişkinlik
Mənbə: Büyük anadolu hastanesi
Tərcümə etdi: Aynur Mikayılova
