
Gicitkən çayının faydaları arasında onun həzm sisteminə faydalı təsirləri də daxildir. Həzm sağlamlığını dəstəkləyən komponentləri sayəsində mədə və bağırsaq problemlərini aradan qaldırır və ümumi həzm funksiyalarını yaxşılaşdırır. Yeməyin daha səmərəli həzm olunmasına kömək edən həzm fermentlərinin sərbəst buraxılmasını stimullaşdırır. Mədə ağrısı, şişkinlik və qaz kimi ümumi mədə narahatlıqlarını azaltmağa kömək edir. Bağırsaq hərəkətlərini tənzimləyən lif tərkibi sayəsində qəbizliyin qarşısını alır. Bağırsaqlarda iltihabı azaltmaqla qıcıqlanmış bağırsaq sindromu (IBS) kimi vəziyyəti yüngülləşdirə bilir. Bağırsaqlardan toksinlərin atılmasını sürətləndirərək həzm sistemini təmizləməyə kömək edir. Bağırsaqlardakı faydalı bakteriyaların tarazlığını qoruyaraq sağlam həzm sistemi üçün uyğun mühit təmin edir. Bədəndə yığılan artıq suyun çıxarılmasına kömək edir. Beləliklə, böyrəklərin daha effektiv işləməsinə dəstək olur. Daimi istehlak böyrəklərdə daş əmələ gəlməsinin qarşısını ala bilər. Sidik yolları infeksiyalarına qarşı qoruyucu təsir göstərərək infeksiya riskini azaldır. Böyrəkləri təmiz və sağlam saxlamağa kömək edir və bədəndən toksinlərin çıxarılmasını təmin edir. Sidik kisəsi problemlərinin qarşısını almağa kömək edir və sidik kisəsini sağlam saxlayır. Sidik yollarında iltihabı azaldaraq sidik yollarının sağlamlığını qoruyur. Tərkibindəki antioksidant sayəsində dərini toksinlərdən təmizləyir. Sızanaqların əmələ gəlməsini azaldan antiinflamatuar xüsusiyyətlərə malikdir. Quru və qabıqlı dəri üçün müalicə prosesini dəstəkləyir. Tərkibindəki qidalar dəridəki yaraların və kəsiklərin daha tez sağalmasına kömək edir. Bu, sədəf kimi dəri xəstəliklərinin simptomlarını azaltmağa kömək edə bilər. Bədəni zərərli maddələrdən təmizləyərək detoks prosesini sürətləndirir. Böyrəklərin daha sağlam işləməsinə kömək edir. Qaraciyərin toksinləri daha effektiv emal etməsinə kömək edərək qaraciyərin sağlamlığını qoruyur. Bağırsaqlarda yığılmış tullantıların çıxarılmasına kömək edərək həzm sisteminin təmizlənməsinə kömək edir. Dərini toksinlərdən təmizləməyə kömək edir, nəticədə daha təmiz, daha sağlam dəri olur. Orqanizmdən toksinlərin çıxarılmasını təmin edir və immunitet sisteminə olan yükü azaldır. Saçları gücləndirərək saç tökülməsini aradan qaldırır. Saç follikullarını stimullaşdırır. Daha sürətli, daha sağlam saç böyüməsini dəstəkləyir. Baş dərisində kəpək əmələ gəlməsini azaldaraq daha təmiz saç dərisini təmin edir. Dırnaqları qidalandırır, qırılmasının və çatlamasının qarşısını alır. Dırnaqların daha sürətli uzanmasına kömək edir.
Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova
