Bu gün:

Arbutin nədir?



Armud, zoğal və ya qaragilə kimi meyvələrin yarpaqlarından əldə edilir. İstehsal mərhələsində bitkilərin yarpaqları xüsusi üsullarla işlənir. Bu proseslər nəticəsində arbutin krem, yağ və ya serum şəklində mövcuddur. Rahatlıqla müxtəlif məqsədlər üçün istifadə oluna və evdə dəriyə qulluq edə bilərsiniz. Günəş, qocalıq və ya sızanaq kimi müxtəlif səbəblərdən yaranan ləkələrin ortaq nöqtəsi dəri quruluşunda melanin istehsalının azalmasıdır. Arbutinin tərkibində bitkilərdən əldə edilən melanin var.  Beləliklə, müxtəlif dəri ləkələrini aradan qaldırmağa kömək edir. Mövcud ləkələri çıxarmağa kömək etsə də, gələcəkdə görünəcək çapıqlar üçün də istifadə edilə bilər. Zamanla çapıq əmələ gəlməsinin qarşısını alır. Çənə ətrafında və ya bığ bölgəsində meydana gələn qaralmanı və ya qızartıları aradan qaldırmağa kömək edir. Arbutin müntəzəm istifadə edildikdə parlaq bir görünüş yaratmağa da kömək edir. Dərinizin parlaq olmasına və sağlam bir görünüş əldə etməsinə kömək edə bilər. Arbutin zərdabında bitki mənşəli olduğu üçün məlum olan ciddi yan təsirləri yoxdur. Ancaq həssas dərisi olan bəzi insanlarda müxtəlif allergik təsirlərə səbəb ola bilər. Məhsulu istifadə etdikdən sonra qızartı, şişkinlik və ya karıncalanma hissi ilə ciddi zədələnməmək üçün dərhal üzünüzü yumalı və həkimə müraciət etməlisiniz. Arbutinə allergiyanızın olub-olmadığını öyrənmək üçün kiçik bir test edə bilərsiniz. Bu test üçün təmizlənmiş dərinizin kiçik bir səthinə arbutin tətbiq edə bilərsiniz. Tətbiqdən sonra müəyyən müddət gözləmək və dərini müşahidə etmək lazımdır. Dərinizdə qızartı, qaşınma və ya bu kimi hər hansı təsir yaranarsa, məhsuldan istifadə etməməyiniz tövsiyə olunur. Məhsuldan heç bir yan təsir müşahidə etməmiş olsanız belə, ilk tətbiq zamanı bəzi məqamlara diqqət yetirməlisiniz. Diqqət etməli olduğunuz ilk şey məhsulu az miqdarda tətbiq etmək və dərini buna öyrətməkdir. Məhsulun yan təsirlərinin qarşısını almaq üçün diqqət etməli olduğunuz başqa bir məqam var. Bu nöqtə məhsuldan istifadə edəcəyiniz sahədir. Arbutin tərkibində bitki mənşəli olsa da, dərinizi həssaslaşdıra bilər. Xüsusilə, göz qapaqları və ya göz altı həssas bir quruluşa malikdir. Arbutinin bu nöqtələrə istifadəsi tövsiyə edilmir, çünki çox həssasdır. Məhsulun gözlərlə təmasından da çəkinmək lazımdır. Hər hansı bir əlaqədə tez su ilə yuyulmalıdır.


Mənbə: medical park
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et