Realizm nümunələri hansılardır?
İncəsənətdə realizm nümunələri bunlardır: Leonardo da Vinçinin "Mona Liza", Uinslou Homer və Qustav Kubertin "Ornanda məzar", Tven və Henri Ceymsin əsərləri. Realizm formalarına fotorealizm və sosial realizm daxildir.
Ümumiyyətlə, realizm insanları və əşyaları real həyatda baş verdiyi kimi göstərən və ya təsvir edən sənət və ya ədəbiyyat üslubuna aiddir. Realizm sənət əsərində insanların, yerlərin və əşyaların real və təbii təsviridir. Bir sənət hərəkatı olaraq realizm, 19-cu əsrin ortalarında sənətçilərin məlum səhnələri və hadisələri göründüyü kimi çəkmək üçün romantizmə qarşı üsyan etdikləri bir hərəkət və üsluba aiddir. Realist rəssamlar çox vaxt çirkin və ya adi mövzuları təsvir edirdilər. Fotorealizm kiçik təfərrüatları göstərir və təsvirin əslində bir fotoşəkil olduğu kimi görünmək üçün hazırlanmışdır. Sosial realizm sənət əsərinin ümumi mövzuların təsvirinə mənəvi və ya sosial-siyasi mesajı daxil edir. Realist ədəbiyyat 1840-cı illərdən 1890-cı illərə qədər adi şeyləri sədaqətlə təmsil etməyə çalışan Avropa və ABŞ-da bədii ədəbiyyata aiddir. ABŞ-da Mark Tven realizmin qabaqcıllarından idi. "Vidanın dönüşü" əsərinin müəllifi olan ingilis-amerikalı yazıçı Henri Ceyms ən görkəmli realist yazıçılardan biri idi.
Tərcümə etdi: Zəhra Niftiyeva
Mənbə: 411answers.com
