Bu gün:

Leonardo Da Vinçi necə məşhur oldu?


Leonardo da Vinci "Leda və Qu quşu", "Son şam yeməyi", "Mona Liza" və "Qayaların qızı" kimi əsərləri ilə məşhur olan rəssam, nəzəriyyəçi və heykəltəraşdır. Nailiyyətləri onu İtaliya İntibahının aparıcı simasına çevirib.

Lorenzo de' Medici 1482-ci ildə Leonardo da Vinçiyə sülh jesti olaraq Milan hersoqu Ludoviko il Moro üçün gümüşdən şirniyyat hazırlamağı tapşırır. Bu təklifdən sonra o, 1482-ci ildən 1492-ci ilə qədər Lüdovikonun sarayında çoxlu əsərlər yaradır. O, "Mona Liza"-nı 1505-1507-ci illər arasında çəkib və rəsm Da Vinçinin mükəmməlliyinin göstəricisidir. Rəsm sifariş idi, lakin da Vinçi ölənə qədər onu saxlamışdı. O, həmçinin bədənin anatomik hissələrini, o cümlədən sümükləri, əzələləri, cinsiyyət orqanlarını, ürək və damar sistemini, insan anatomiyasının ilk rəsmlərindən bəzilərini də çəkib. Belə fəaliyyətləri onu tarixdə elm adamı kimi xatırlamağımız üçün əsasdır. Onun ən məşhur anatomik rəsmlərindən biri insan bədəninin nisbətlərini göstərən "Vitruvi Adamıdır". Leonardonun biologiya, memarlıq və texnologiya kimi sahələrə əvəzsiz qatqıları olub.

Tərcümə etdi: Zəhra Niftiyeva

Mənbə: 411answers.com

Paylaş
Şərh əlavə et