Xüsusilə Asiyada toylar çoxsaylı ayin və mərasimlərdən ibarətdir. Məsələn, Hindistanda gəlin evdən çıxarkən yerə taxıl səpir ki, ondan sonra da evin bərəkəti davam etsin. Ancaq bəzi rituallar o qədər qəribədir ki, yerinə yetirmək bir yana qalsın, onları eşitmək belə sizi narahat edə bilər.

İndoneziyada bir qəbilədə böyük əhəmiyyət verilən bir ritual var. Ənənəyə görə, yeni evlənən cütlük toydan dərhal sonra üç gün tualetə getmədən yaşamalıdır.
Düz eşitdiniz. Evlilik həyatının sonrakı illərində xoşbəxtliyi qorumaq üçün cütlük bu ənənəyə əməl etməyə məcburdur. Ritual əsasən fermerlər olan Tidonq qəbiləsinə xasdır.
Tidonq xalqı İndoneziya və Malayziya ilə sərhədə yaxın olan Borneonun şimal-şərq bölgəsində yaşayır.
Üç günlük missiyaya nəzarət edən bir qrup insan var. Bu insanlar tualetdən istifadə ehtiyacının qarşısını almaq üçün cütlüyə az miqdarda yemək və su verməkdə məsuliyyət daşıyır.
Cütlük dözə bilsələr xoşbəxt, uzunmüddətli bir evlilik yaşayacaqlar və ya ritual uğursuz olarsa, evliliyin tezliklə sona çatacağı gözlənilir. Buna görə də insanlar bu cür xaosdan qaçmaq üçün hələ də bu ritualı diqqətlə yerinə yetirirlər.
Mənbə: new18.com
Tərcümə etdi: Sevil Azər
