Bu gün:

Şanxayda evlilik bazarı


Ailə başına düşən uşaqların sayına onilliklər ərzində məcburi doğum nəzarətindən sonra Kommunist Partiyasının idarə etdiyi Çin indi qocalmış əhali və yüksək gender balanssızlığı ilə evlilik böhranı ilə üzləşir.

Hökumət doğum və nikah nisbətlərini artırmaq və qocalma ilə mübarizə aparmaq üçün bir sıra "proaktiv" siyasətlər hazırlamağı düşünür.


Pekin 2015-ci ildə tək uşaq siyasətinə son verdiyini iddia etsə də, Şərqi Türküstan kimi bəzi bölgələrdə bu, ümumiyyətlə həyata keçirilmir, Çində isə gənc əhali üçün qadağa müddəti çox daha yaxşıdır. Bəziləri üçün doğum və ya evlilik anlayışları "lazımsız şeylər" və vaxt itkisi kimi görünür. Çinli valideynlər ailə adının davam etdirilməsini istəyirlər.


Belə olan halda Çinin Şanxay şəhərindəki “nikah bazarı” çinli ana və ataların böyük marağına səbəb olur. Övladlarına uyğun həyat yoldaşı tapmaq istəyən valideynlər bazara axışır. Evləndirmək istədikləri övladları üçün kriteriyaları kağıza yazan valideynlər bu evlilik bazarındakı qeyri-adi təcrübələr sayəsində “bazardan kartof seçmək kimi” bəy və ya gəlin seçə bilirlər.


Daily Mail-də yer alan xəbərə görə, Çinin Şanxay şəhərindəki Xalq Parkında "evlilik bazarı"na axın edən çinlilər uşaqlarının fotoşəkilləri, yaş, boy və çəki məlumatlarının olduğu kartlar hazırlayaraq dükan aça bilir. Parkı ziyarət edən digər çinlilər də uyğun gələnlər arasından seçim edirlər.


Müşahidəçilər Çində namus və əxlaq anlayışlarının heç bir məna daşımadığını və “evlilik bazarı” adlanan bu kimi yerlərin əslində kişi və qadınların cütləşmək üçün öz zövqlərinə görə partnyor seçdiyi ərazilər olduğunu qeyd ediblər.


Mənbə: turkistanpress

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et