Bu gün:

Asomatoqnoziya nədir?


Beyin və bədən arasındakı sirli bağ– asomatoqnoziya nədir?

 
Asomatoqnoziya bir insanın öz bədənini tanıya bilməməsi və ya fərqində olmamasına aid bir termindir. Bu vəziyyət, ümumiyyətlə, beynin zədələnməsi və ya pozğunluğu səbəbindən baş verir. Asomatoqnoziya bədənin və ya bədən hissələrinin anatomik quruluşunu bir-birindən ayırd edə bilməməsinə aiddir. Bu vəziyyət bədən sxemində pozğunluq kimi qəbul edilə bilər. İnsan bədəninin bəzi hissələrini, orqanlarını və ya əzalarını tanıya bilmir. Asomatoqnoziya, adətən,  beynin sağ yarımkürəsinin zədələnməsi nəticəsində yaranır, çünki bu sahə bədən xəritəsinin işlənməsi və qavranılmasında mühüm rol oynayır.
Asomatoqnoziya tez-tez digər nevroloji simptomlarla birlikdə baş verir, buna görə də adətən bir nevroloq və ya mütəxəssis tərəfindən qiymətləndirmə tələb olunur. Bu vəziyyət bir insanın gündəlik həyatına təsir göstərə, reabilitasiya və müalicə tələb edə bilər. Belə hallarda istifadə olunan bəzi müalicə üsulları bunlardır:
Fiziki müalicə və reabilitasiya: Asomatoqnoziyaya səbəb olan nevroloji zədədən sonra fiziki müalicə və reabilitasiya proqramları insanın bədən şüurunu artırmaq üçün məşqləri əhatə edə bilər.
Təhsil və psixoterapiya: Asomatoqnoziya tez-tez koqnitiv və emosional çətinliklərə səbəb ola bilər. Buna görə də, idrak terapiyası və ya məsləhət kimi psixoloji dəstək xidmətləri fərdin vəziyyətinin öhdəsindən gəlməyə kömək etmək üçün nəzərdə tutula bilər.
Dərman: Ağrı və ya əhval pozğunluğu kimi asomatoqnoziya ilə müşayiət olunan digər nevroloji simptomlar dərman vasitəsi ilə idarə oluna bilər.

Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et