Bu gün:

Ağ işıq görmək


Ağ işıq görmək, ölən qohumlarla qarşılaşmaq və ya bəzi səsləri eşitmək kimi təcrübələr ölümlə üz-üzə gələn insanlar tərəfindən təsvir edilir. Bunlar mədəniyyətimizə və təxəyyülümüzə toxunmuş hekayələrdir.


Bu rəvayətlərin çox adam tərəfindən səsləndirilməsi onları dəstəkləmək üçün əsasın olub-olmaması sualını yaradır.
Üstəlik, ölümdən qayıdanların ürək döyüntüləri dayanandan sonra da onlarda bir növ qalıq şüurunun olduğunu demələri bu suala olan marağımızı gücləndirir.
Nəşr edilmiş bir araşdırma ölmək üzrə olan beyində şüurla əlaqəli aktivliyin artmasının ilkin sübutlarını təqdim etdi:
Ürək dayandıqdan sonra ölməyə başlayan insan beyinlərində ən sürətli beyin fəaliyyəti kimi tanınan və şüurla əlaqəli Qamma aktivliyində dalğalanma və ürək döyüntüsünün artması müşahidə edilib.
Həmçinin bu fəaliyyət beyindəki sinir əlaqələrinin "kəsişməsində"dir; temporal, parietal və oksipital lobların qovşağında müşahidə olunur. Beynin bu bölgəsi digər tədqiqatlarda yuxu görmə, epilepsiya böhranlarında görülən halüsinasiyalar və şüurun dəyişməsi ilə əlaqələndirilir.

Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et