Bu gün:

Atalıq testlərində səhvlərə səbəb ola biləcək qan qrupu


Sizcə, atalıq testlərində səhvlərə səbəb ola biləcək qan qrupu hansıdır?

EVDEN KAN ALMA | Kantahilili.net - Evde Mobil Laboratuvar - Check UP -  Sağlık Hizmetleri 

Bombay qan qrupu kimi tanınan "hh" qan qrupu nadir qan zülalına əsaslanan qan qrupu təsnifatıdır.

Bu qan qrupu daha çox Hindistan yarımadasında (Hindistan, Banqladeş və Pakistan) rast gəlinir. Ancaq, buna İran kimi bəzi Yaxın Şərq ölkələrində də rast gəlmək olar.

H antigeni demək olar ki, bütün qırmızı qan hüceyrələrində olur və hətta ABO qan qrupunu təşkil edən antigenlərin istehsalında iştirak edir. Buna görə də, nadir və xalq arasında "Bombay qan qrupu" kimi tanınan, H antigeni olanlar deyil. Onlar H antigeni olmayanlardır.

Əslində, H antigeninin olmamasının heç bir məlum sağlamlıq təhlükəsi yoxdur. Bununla belə, Bombay fenotipinə malik birinə qan köçürülməsi tələb olunarsa, onlar yalnız Bombay fenotipinə (yəni H antigeni olmayan) sahib olan şəxslərdən qan ala bilərlər. Bombay fenotipinə malik olmayan O qan qrupu olan birindən qan qəbul edərlərsə, çox ağır qanköçürmə reaksiyası ola bilər. Digər tərəfdən, H antigeni ABO qan qrupu antigenlərinin istehsalında prekursor molekulu rolunu oynadığından, H antigeni olmayan şəxslərdə ABO antigenləri istehsal oluna bilməz. Bu vəziyyətdə, atalıq testləri kimi testlər səhv nəticələr verə bilər.


Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova


Paylaş
Şərh əlavə et