Bu gün:

3 yaşlı uşaqlar neçə söz bilir?


Uşaqlar doğulduqdan sonra onların nitqi tədricən inkişaf edir. Mütəxəssislər ilk sözlərin orta hesabla 12-ci ayda deyildiyini, söz ehtiyatının iki yaşında 200-ə, üç yaşında isə təxminən 900-ə çatdığını deyirlər. Dilin qrammatik quruluşuna uyğun nitq yalnız üç yaşından başlayaraq müəyyən mərhələlərdə baş verir. Bəs əgər uşağınız üç yaşındadırsa və hələ də yaşına görə gözlənildiyi kimi danışmırsa, nə etməl lazımdır?

Bu günlərdə bir ana sosial şəbəkədə "Üç yaşlı oğlum hələ də danışmır, nə edim?" paylaşımını edib. Paylaşıma cavab olaraq psixoloq bildirib ki, "Uşaqlar üç yaşına çatanda 3-4 sözdən ibarət cümlələr qurub 1000-ə yaxın söz deməyi bacarmalıdırlar. Niyə indiyə qədər gözlədin?" 

Digər tərəfdən, cəmiyyətdə “Atası da gec danışdı, məncə, genetikdir” və ya “Qızınız ondan tez danışdı, onsuz da oğlanlar gec danışır” kimi fikirlər aktuallığını qoruyub saxlayır.

Bəs uşaqlarda danışıq qabiliyyətinin formalaşması prosesi necə işləyir?

"Çox maraqlı görünə bilər, lakin dilin şifahi istehsalı olan nitqin bəzi ilkin şərtləri ana bətnində formalaşmağa başlayır. Eşitmə və nitq üçün köməkçi orqanların əmələ gəlməsi, ana bətnində normal inkişaf kimi prosesləri nəzərdən keçirdikdə, nitqin əsaslarının gözlədiyimizdən xeyli tez qoyulduğunu görürük. Araşdırmalar göstərir ki, körpələr ana bətnində eşitdikləri səsləri doğuşdan sonra eşitdikləri digər səslərdən fərqli olaraq qəbul edirlər. Doğuşdan sonrakı ilk aylardan başlayaraq körpənin bizimlə ünsiyyət tərzi olan ağlamalar zaman keçdikcə fərqliləşir və uğultu, zümzümə, təkrarlama, başqalarının səsini təqlid etmə kimi mərhələləri tamamlayır və çox başa düşülür. Bu prizmadan baxsaq, nitqi bir-birinin üzərində qurulan bir proses kimi ifadə edə bilərik. Bununla belə, "Uşaq ilk sözlərini nə vaxt işlətməyə başlayır?" Soruşsaq, “10-13-cü aylar” deyə bilərik", deyə Uşaq İnkişafı Mütəxəssisi Merve Mercan bildirib.


Mənbə:hürriyyət

Tərcümə etdi:Nuray Mürsəlova 


Paylaş
Şərh əlavə et