Körpələrin saçını nə vaxt kəsmək məsələsi çox vaxt valideynlərin sahib olduğu ənənələrindən asılı olaraq dəyişir. Ümumiyyətlə, körpələrin saçları ilk 6 aydan sonra kəsilə bilər. Bununla belə, bəzi vacib məqamları nəzərə almaq lazımdır.

Saçların böyümə sürəti: Körpələrin saç böyümə sürətləri fərqli ola bilər. Bəzi körpələr qalın saçla doğula, digərlərində isə daha seyrək və ya daha yavaş uzanan saçlara sahib ola bilər.
Körpənin rahatlığı: Körpənizin saçları onu narahat edirsə, məsələn, gözlərinə girirsə və ya tərləməyə səbəb olursa, dəri problemi varsa, saç kəsimi haqqında düşünülə bilər.
Müəyyən bir yaşa qədər və ya xüsusi bir hadisədə (məsələn, ilk doğum günü kimi) saç kəsdirməyi seçə bilərsiniz. Bundan əlavə, bəzi mədəniyyətlərdə ilk saç kəsimi rituallarla həyata keçirilir, xüsusi məna kəsb edir.
Sağlamlıq vəziyyəti: Körpənin baş dərisi və ümumi sağlamlıq vəziyyəti saç düzümü vaxtına təsir edə bilər. Saç kəsimi zamanı dəri ilə bağlı narahatlıqlar və ya digər sağlamlıq problemləri varsa, həkimə müraciət etmək vacibdir.
Körpə saç kəsimi xüsusi diqqət və yumşaq toxunuş tələb edir. Bu, qayçı və ya körpələr üçün xüsusi saç kəsmə maşınları ilə edilə bilər. Körpənizi rahatlaşdırmaq və kəsmə zamanı onun hərəkət etməsinə mane olmaq üçün oyuncaqlardan istifadə edə bilərsiniz.
Körpələrin saçını kəsmək incə və diqqətli bir prosesdir. Körpənizin rahatlığı və təhlükəsizliyi əsas prioritetləriniz olmalıdır.
Mənbə: Unibebek
Tərcümə etdi: Nuray Mürsəlova
