"Pişiklər neçə il yaşayır?" Bu sualın cavabına təsir edən çoxlu müxtəlif amillər var. Ümumiyyətlə, pişiklərin ömrü 12 ilə 18 il arasında dəyişir. Ancaq, təəssüf ki, bu ümumiləşdirmə küçədə yaşayan, balanslı qidalanmayan, xroniki xəstəlikləri olan, müalicə imkanlarından faydalana bilməyən, peyvənd olunmayan, ev şəraitində yaşayan və sağlamlıq üçün təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən dostlarımız üçün keçərli deyil.
Məlumdur ki, küçədə yaşayan dostlarımızın ömrü evdə yaşayanların təxminən üçdə birini təşkil edir. Təbii ki, yaşadıqları yerdə müntəzəm qidalanmaları, məruz qaldıqları təhlükələr, digər canlılardan tutduqları yoluxucu xəstəliklər bu müddəti məhdudlaşdıra bilər.
Evdə yaşayan və öz sahəsinə malik olan pişiklərin ömrü pişiyin cinsindən, baxım proseslərinin tam həyata keçirilib-keçirilməməsindən asılı olaraq dəyişə bilər. O da məlumdur ki, evdə yaşayan dostlarımız bəzən gözləniləndən də çox uzunömürlü olurlar.
Ən uzun ömür sürdüyü bilinən "Creme Puff" adlı pişik 3 avqust 1967-ci ildə anadan olub və 38 il 3 gün yaşayıb. Digər rekordçu isə ömrünün 31 il olduğu qeyd edilən "Rubble" adlı pişikdir.
Mənbə: petlebi.com
Tərcümə etdi: Aydan İbrahimli