Benində bir mərasim məzarının divarını araşdıran tədqiqatçılar divarda yalnız insan qanına aid ola biləcək zülallar aşkar ediblər. Rəvayətə görə, insan qanının indiki Benin ərazisində təxminən 200 il əvvəl kral saray kompleksində tikilmiş təntənəli qəbrə daxil edildiyi deyilir. İndi məzarın divarlarında tapılan zülalların tədqiqi əfsanənin doğru olduğunu sübut edir.
Bir vaxtlar Qərbi Afrikanın Dahomey krallığının paytaxtı olan Abomeydəki məzarda yeni bir araşdırmaya görə, yalnız insan qanından gələn zülallar var ki, bu da saytın dəhşətli tarixini təsdiqləyir. Bu, arxeoloji kontekstlərdə geridə qalan iz zülallarının tədqiqi olan “paleoproteomika” vasitəsilə belə bir kəşf edən ilk tədqiqatlardan biridir. Fransa Alternativ Enerjilər və Atom Enerjisi Komissiyasının qədim zülallar üzrə eksperti biokimyaçı Jan Armenqaud deyir: “Bu kəşf tarixi ayin və təcrübələrə dair konkret sübutlar təqdim etdiyi üçün vacibdir”.
Armenqaud Proteomics jurnalında dərc olunan yeni araşdırmanın baş müəllifidir. Armenqaud və həmkarları 2018-2022-ci illər arasında Fransa və Benin arxeoloqları tərəfindən aparılan qazıntılar zamanı məzardan götürülmüş nümunələri araşdırıblar. Yerli inanca görə, Dahomey kralı Ghezo tərəfindən 19-cu əsrdə qardaşı Kral Adandozanın şərəfinə tikdirdiyi Abomey saray kompleksi daxilindəki məzarda içərisində 41 qurbanın qanı olan gipsdən istifadə edilib. Müəlliflər araşdırmada 41-in müqəddəs rəqəm hesab edildiyini yazıblar.
Mənbə: Arkeofili
Tərcümə etdi: Fatimə Şükürova
