Qədim Roma və Yunan heykəllərinin başının olmaması diqqəti çəkən və maraqlı bir vəziyyətdir. Həqiqətən, bu niyə belədir? Biz muzeylərdə və ya abidə yerlərində başı və ya qolları olmayan qədim sənət heykəllərini görməyə öyrəşmişik. Bəs, heç düşünmüsünüzmü, niyə bu heykəllərin başı yoxdur?
Əslində Roma heykəllərinin başlarının olmaması düşündüyümüzdən daha maraqlı səbəblərə əsaslanır. Baş və əzalar, adətən, ayrı-ayrılıqda hazırlanır və heykəlin gövdəsinə metal/daş mismar və dübellərlə bərkidilirdi. Bəzən daha kiçik parçaları yerində saxlamaq üçün sementdən istifadə edilirdi.
Zamanla təbii fəlakətlər və ya insan müdaxiləsi (müharibə) nəticəsində heykəllər zədələndikdə qollar və başlar zədələnərdi. Buna görə də, qədim heykəllər çox vaxt qolsuz və ya başsız olur. Rəssam heykəlləri hazırlayarkən əvvəlcə gövdə və ayaqları yaradır, sonra isə qolları və başı mövcud çərçivəyə əlavə edirdi. Məqsəd, adətən, heykəlin burnunu və ya üz cizgilərini hədəf alaraq adamı alçaltmaq idi. Bundan əlavə, rəqiblərini təqib edən imperatorlar yaddaşlarını silmək üçün əvvəlki hökmdarların heykəllərini məhv edərdilər. Əslində bu siyasət “damnatio memoriae” kimi tanınır.
Beləliklə, gördüyünüz kimi biz onu yalnız zamanla köhnəlməklə məhdudlaşdıra bilmərik. Heykəllərin zamanla məruz qaldığı təbii və insan müdaxilələri, qədim istehsal üsulları və siyasətlərin birləşməsi bu gün başsız heykəlləri görməyimizin əsas səbəbidir.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
