Bu gün:

Popkorn zərərlidir yoxsa faydalı?


Popkorn film izləmə seanslarımızın əvəzolunmaz hissəsidir. Popkorn haqqında çox şeylər deyilir, məsələn, çox yağlıdır və kökəlməyə səbəb olur. Bəs popkorn zərərlidir yoxsa sağlam?

Popkorn əksər qəlyanaltılardan daha çox lif və daha az kaloridir. Popkornun bu xüsusiyyətini nəzərə alsaq, deyə bilərik ki, məşhur inancın əksinə olaraq, çəki artırmır və zərərli deyil. Necə olur ki, popkorn sağlam qida hesab olunur?
Popkorn əslində çox sağlam qidadır. Popkornu digər qəlyanaltılardan fərqləndirən və onu sağlam edən səbəbləri aşağıdakı kimi sıralamaq olar:

Yüksək qida dəyərinə malikdir

Popkorn təkcə liflə deyil, həm də digər qida dəyərləri ilə zəngindir. Bir porsiya (təxminən 100 qram) popkornda orta hesabla 13 qram lif və 11 qram protein var. Bununla belə, bir daha xatırlatmağa dəyər; Qeyd etdiyimiz bütün bu dəyərlər çox az yağla hazırlanan popkorn üçün keçərlidir.

Popkorn tam taxıldır

Tam taxıl dedikdə ağlımıza ilk gələn yulaf, qarabaşaq yarması və çovdar kimi qidalardır. Deyək ki, popkorn da tam taxıllı qidalar kateqoriyasına daxildir. Pəhrizinə popkorn daxil edənlər, olmayanlara nisbətən 250%-dən çox tam taxıl istehlak edirlər.

Antioksidantların mənbəyidir

Popkorn polifenollarla doludur. Bu o deməkdir ki, ürək sağlamlığını gücləndirir və xərçəng riskini azaldır.

Kalorisi azdır

Popkorn hava ilə doldurulur. Havalı olduğu üçün çox kalori almadan çoxlu qarğıdalı əldə edirsiniz. 1 stəkan popkorn təxminən 130 kaloridir.

Mənbə: hurriyyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilov

Paylaş
Şərh əlavə et