Bu gün:

Həşərat dişləmələrinə qarşı nə etmək lazımdır?


Açıq havada daha çox vaxt keçirilən yay aylarında həşərat dişləmələrinə qarşı diqqətli olmaq lazımdır. Həşərat dişləməsindən sonra simptomlar artarsa, həkimə müraciət etmək tövsiyə olunur. Yay mövsümü ilə birlikdə açıq havada, xüsusən də meşə sahələrində çox vaxt keçirilir. Təbiətlə təmasda keçən bir gün xoş keçsə də, kiçik problemlər də  geri qalmır. Bunlardan biri milçək və həşərat dişləmələridir.  Havalar isindikcə tezliyi artan milçək və həşərat dişləmələrinə qarşı diqqətli olmaq lazımdır. Bəziləri ciddi reaksiyalara səbəb ola biləcəyi üçün təcili olaraq səhiyyə müəssisəsinə müraciət etmək lazımdır.


Ediləcək ilk şey dişlənmiş ərazini qaşımamaqdır. Çünki qaşınma bir müddət sonra infeksiyaya səbəb olur. Bir insan yaranı qaşıdıqda dərini zədələyir və bakteriyalar üçün giriş qapısı yaradır. Bu, sadə milçək dişləmələrində tez-tez rastlaşdığımız problemdir. Qaşıntıları azaltmaq üçün kremlər  istifadə edə bilərlər. Allergik və astmatik insanlarda artıq belə dərmanlar var. Həmçinin qısa müddətli buz tətbiqi çox aktiv dövrlərdə tətbiq oluna bilər. Buz tətbiqi orada iltihabı ləngidir. Bir neçə həşərat dişləməsi varsa, həmin ərazilərə ayrıca buz tətbiq etmək olar. 


Mənbə: trthaber.com

Tərcümə etsi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et