
Günəş kremindən istifadə edin
Günəşdən aldığımız şüalar bədənimizdəki vitaminlər vasitəsilə dərimizin altında D vitamininə çevrilir. Vitamin D immunitet sistemi və güclü sümük və diş quruluşu üçün çox vacib hesab edilir. Ancaq çox günəş işığı bədənimizə zərər verə bilər. Digər tərəfdən günəş kremindən istifadə dərimizi günəşin zərərli şüalarından qoruyur. Günəş qoruyucuları UVA və UVB kimi zərərli günəş şüalarının yaratdığı radiasiyanı əks etdirir və geri göndərir. Bu səbəbdən də dərini həddindən artıq istidən qorumaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etməyi tövsiyə edirik.

Açıq rəngli paltarlara üstünlük verin
Yayda hamımız açıq rənglər geyinməyə üstünlük veririk. Çünki ağ rəng günəş işığında bütün rəngləri əks etdirir. Tünd rənglər günəşdən gələn şüaları əks etdirmir. Buna görə də, tünd rəngli parçalar bizə istiliyi daha çox hiss etdirir. Əslində, elmi məlumatlara görə, tünd rəngli parçalar bədənimizi açıq rəngli parçalardan beş dərəcə daha isti saxlayır. Bütün bu məlumatları nəzərə alaraq həddindən artıq istidən qorunmaq üçün açıq rəngli paltarlar geyinməyi tövsiyə edirik.

Gün ərzində isti duş qəbul edin
Kondisioner hər evdə olan bir şey deyil. Bu səbəbdən, həddindən artıq istilik evin içərisində olsa da, sıxıcı ola bilər. Mütəxəssislər bu vəziyyətin qarşısını almaq üçün gündə bir neçə dəfə isti duş qəbul etməyi məsləhət görürlər. Bu, bədən istiliyini tarazlaşdırmağa, yüksək təzyiqi azaltmağa, əzələləri rahatlamağa və tərləməni azaltmağa kömək edir. Özünüzü həddindən artıq istidən qorumaq istəyirsinizsə, xüsusilə istilik artdıqda ilıq duş qəbul edə bilərsiniz.
Mənbə: paraf.com
Tərcümə etdi: Səmayə Qədirova
