Bu gün:

Narıncı rəngin mənası


Ünsiyyətcilliyi və yaxşı xasiyyəti artıran bir rəng olan narıncı həyatı daha xoşbəxt edir. Bu rəngin bütün çalarları depressiyaya qarşı mükəmməl dərman kimi istifadə edildiyi üçün sinir sistemi gərgin olanların narıncı rəngdən istifadə etməsi tövsiyə olunur. Bununla belə, narıncı rəng qırmızı kimi, açıq və həyəcanlıdır. O, canlılığı, məhsuldarlığı, inamı, cəsarəti və ünsiyyəti gücləndirdiyi üçün insanları psixoloji olaraq yaşamağa həvəsləndirir.

Sakit və utancaq bir uşağın qabığından çıxması üçün ən uyğun rəng olduğunu söyləməliyik. Bu rəngin dostluq xarakteri uşaqlar arasında qarşılıqlı əlaqəni artırır və passiv uşağın daha iştirakçı olmasına kömək edir. Digər tərəfdən, narıncı oyunlarla dolu canlı bir gün üçün ən əyləncəli rəngdir. Açıq-narıncı uşaqların yumor hissini stimullaşdırır. Şaftalı rəngi əsl dostluğu vurğulayır.

Narıncı rəng koqnitiv fəaliyyəti artırır. Uşaqlar tərəfindən sevilir və sevinc gətirir. Uşaqlarda məhsuldar gücün təzahürünü dəstəkləyən rəngdir. Çox güclü istifadə üçün nəzərdə tutulmayıbsa, yumşaq şaftalı rəngi də seçilə bilər.

Mənbə: gencdergisi

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et