Bu gün:

Fərqli üzləri ayırd etməkdə çətinlik çəkirsinizsə, "üz koru" ola bilərsiniz!


Fərqli üzləri ayırd etməkdə çətinlik çəkirsinizsə, "üz koru" ola bilərsiniz!
Daha əvvəl tanış olduğumuz insanlar bizi tanıya bilmədiklərində, bir çoxumuz adətən özümüzü pis hiss edirik və hətta qəsdən bizi görməməzlikdən gəldiklərini düşünərək içərimizdə qəzəblənirik.
Ancaq vəziyyət həmişə düşündüyümüz kimi olmaya bilər. Bəs qarşımızdakı insanda “prosopaqnoziya”, yəni üz korluğu varsa?

Üz korluğu nevroloji xəstəlikdir. Əksər hallarda anadangəlmə prosopaqnoziya göstərilir. Sonradan zədələnmələr və anormallıqlar nəticəsində yaranan qazanılmış prosopaqnoziya nadirdir.
Üz korluğu olan insanlar üzləri xatırlaya və ya fərqli üzləri ayırd edə bilmirlər. Bunu daha ətraflı izah etmək üçün; Orta dərəcədə zədələnmə hallarında, şəxs yaxın təmasda olduğu insanları (məsələn, ailə dairəsi) tanımaqda çətinlik çəkə bilər. Sonrakı səviyyələrdə insanın güzgüdə öz üzünü tanıya bilməməsi və ya hətta üzləri obyektlərdən ayıra bilməməsi problemi ola bilər. Qazanılmış prosopaqnoziya erkən uşaqlıqda zədələnmə nəticəsində baş verirsə, uşaq üzləri tanıma qabiliyyətini tam inkişaf etdirmədən, bu xəstəliklə böyüyə bilər.

Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova.

Paylaş
Şərh əlavə et