Bu gün:

“Peşəkar aktyor portfoliosu yaratmaq üçün…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı rejissor və aktyor Kamal Yaşardır. O, gələcəkdə aktyor olmaq istəyənlərə öz tövsiyələrini verib.

Gələcəkdə aktyor olmaq istəyənlərə karyeralarını qurmaq üçün nələri tövsiyə edirsiniz?


İlk növbədə, aktyor kimi həm fiziki, həm də zehni bacarıqlarını indidən inkişaf etdirməklərini tövsiyə edirəm. Mümkün olsa, hansısa bir idman növü ilə, yüngül atletika və s. kimi idmanla məşğul olsunlar. Dünya festivallarında ən yaxşı aktyor oyunu nominasiyalarının qaliblərini, xüsusilə, ikinci plan nominasiyalarının qalibi olan aktyorların həmin filmlərdəki performanslarını diqqətlə izləsinlər. Aktyor sənəti haqqında nəzəriyyə və təlimlərlə tanış olub, özlərinə yaxın olan tərzi indidən mənimsəsinlər. Ən əsas isə peşəkar aktyor portfoliosu yaratmaq üçün gələcəkdə öz işlərini, öz bacaraqlarını sata bilmək üçün işin marketinq tərəflərini öyrənsinlər. Bunlara əməl etsələr, yol özü onları aparacaq. Bütün gələcək həmkarlarıma uğur diləyirəm.

Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et